Zəbur 142:1—7
Davudun məzmuru. Mağarada olarkən söylədiyi dua.+ Maskil*.
142 Yehovanı çağırıram, Ondan imdad diləyirəm,+Yehovanı çağırıram, Ondan lütf diləyirəm.
2 Hüzurunda dərdimi açıb tökürəm,Hüzurunda dərd-sərimdən danışıram+
3 Ruhdan düşəndə.
Bu zaman yoluma göz qoyursan.+
Yolumun üstündəMənə tələ qururlar.
4 Sağıma* bax, görəcəksən ki,Heç kimə lazım deyiləm.+
Qaçmağa yerim yoxdur,+Kimsə məni itirib-axtarmır.
5 Ey Yehova, Səni köməyə çağırıram,«Pənahım Sənsən,+İşıqlı dünyada* nəsibim Sənsən», — deyirəm.
6 Fəryadıma nəzər sal,Məndə taqət qalmayıb,Təqibçilərdən məni qoru,+Onlar məndən güclüdür.
7 Canımı bu zindandan çıxar,Qoy adını ucaldım.
Qoy ətrafıma salehlər toplaşsın,Sən mənimlə xoş rəftar edirsən.