Zəbur 148:1—14
148 Yaha alqış edin!
Yehovaya göydən alqış edin!+
Ona ucalarda alqış edin!
2 Ey Onun mələkləri, Ona alqış edin!+
Ey Onun ordusu, Ona alqış et!+
3 Ey günəş, ey ay, Ona alqış et!
Ey parlayan ulduzlar, Ona alqış edin!+
4 Ey göyün dərin qatları, Ona alqış edin!
Ey səmadakı buludlar, Ona alqış edin!
5 Qoy onlar Yehovanın adına alqış etsinlər,Çünki Onun əmri ilə yarandılar.+
6 O, onları əbədilik yerində tutur;+Bunun üçün dəyişməz fərman verdi.+
7 Yehovaya yerdən alqış edin!
Ey dəniz məxluqları, ey ümmanlar,
8 Ey şimşək, ey dolu, ey qar, ey topa buludlar,Ey Onun sözünə əməl edən tufan,+
9 Ey dağlar, ey təpələr,+Ey meyvə ağacları, ey sidr ağacları,+
10 Ey çöl heyvanları,+ ey ev heyvanları,Ey sürünənlər, ey qanad çalan quşlar,
11 Ey dünya padşahları, ey bütün ümmətlər,Ey ağalar, ey dünyanın hakimləri,+
12 Ey oğlanlar, ey qızlar,Ey qocalar, ey uşaqlar!
13 Hamınız Yehovanın adına alqış edin!
Çünki yalnız Onun adı ünyetməz ucalıqdadır,+Əzəməti yerdən də, göydən də yüksəkdir.+
14 O, xalqının gücünü ucaldacaq*,Sadiq bəndələrinin,Ona əziz olan israil oğullarınınŞan-şöhrəti naminə.
Yaha alqış edin!
Haşiyələr
^ Hərfən: buynuzunu yüksəldəcək.