Zəbur 21:1—13

  • Yehovaya güvənən padşahın mükafatı

    • Padşaha uzun ömür verilir (4)

    • Allahın düşmənləri məğlub olacaq (8—12)

Dirijora. Davudun məzmuru. 21  Ey Yehova, padşah Sənin qüdrətinlə sevinir,+O, Səndən gələn qurtuluşa şadlanır.+   Onu arzusuna çatdırdın,+Ağzından çıxan diləyi rədd etmədin. (Selah)   Onu bol-bol nemətlərlə qarşılayırsan,Başına xalis qızıldan tac qoyursan.+   Səndən uzun ömür dilədi, verdin,+Ömrünü uzatdın əbədiyyətə qədər.   Verdiyin nicat onu ucalara qaldırır,+Ona şan-şöhrət, əzəmət bəxş edirsən.   Əbədilik nemətlər bağışlamısan,+Hüzurunun sevincini ona daddırırsan.+   Çünki padşah Yehovaya arxalanır,+Haqq-Taalanın məhəbbəti onu sarsılmağa qoymaz.+   Əlin bütün düşmənlərini tapar,Yağıları sağ əlinlə tutarsan.   Sən üzünü göstərəndə, soba kimi alışacaqlar. Yehova qəzəbi ilə hamısını udacaq, onları alov məhv edəcək.+ 10  Onların nəslini* yer üzündən siləcəksən,Toxumunu bəşər oğulları arasından yox edəcəksən. 11  Sənə pislik etməyə çalışdılar,+Tədbir tökdülər, əllərindən bir şey gəlmədi.+ 12  Sən yayı çəkib onları nişan alandaGeri dönüb qaçacaqlar.+ 13  Ey Yehova, qalx, göstər gücünü! Qüdrətini nəğmələrdə tərənnüm edərik!

Haşiyələr

Hərfən: bəhərini.