Zəbur 27:1—14

  • Yehova ömrümün qalasıdır

    • Allahın məbədinə məhəbbət (4)

    • Ata, ana atsa da, Yehova qəbul edər (10)

    • «Ümidini Yehovaya bağla» (14)

Davudun məzmuru. 27  Yehova nurum,+ nicatımdır,Məni kim qorxuda bilər?+ Yehova ömrümün qalasıdır,+Kim məni dəhşətə sala bilər?   Bədəməllər məni parçalamaq üçün üstümə cumanda+Büdrədilər, yıxıldılar bu yağılar, bu düşmənlər.   Mənə qarşı bir ordu düşərgə salsa da,Ürəyimə qorxu düşməz.+ Mənə qarşı döyüş başlasa da,Yenə arxayınam.   Yehovadan bir şey dilədim,Arzum budur ki,Ömrüm boyu Yehovanın evində qalım,+Yehovanın hüsnünü görüm,Məbədinə heyran-heyran tamaşa edim.+   Dar günümdə məni pənahında saxlar,+Çadırında, xəlvət yerdə gizlədər,+Uca qaya başına qaldırar.+   Başım dövrəmdəki düşmənlərdən yuxarıdır,Onun çadırında şadyanalıqla qurban gətirərəm,Yehovanı nəğmələrdə tərənnüm edərəm.   Sənə fəryad edəndə məni eşit, ey Yehova,+Mənə lütf göstər, mənə hay ver.+   «Camalımı axtarın» Sözlərini ürəyim səsləndirdi. Axtararam camalını, ey Yehova.+   Üzünü məndən gizlətmə,+Qulunu qəzəblə qovma. Sənsən köməyim,+Məni atma, tərk etmə, ey nicatımın Allahı. 10  Doğma atam, anam məni atsalar belə,+Yehova qəbul edər.+ 11  Ey Yehova, mənə yolunu öyrət,+Məni düşmənlərimdən qoruyub düz yolla apar, 12  Məni düşmənlərimin əlinə salma.+ Mənə qarşı yalançı şahidlər qalxıb,+Mənə hədə-qorxu gəlirlər. 13  İşıqlı dünyada* Yehovanın kəramətini görəcəyimə inanmasaydım, halım necə olardı!..*+ 14  Ümidini Yehovaya bağla,+Cəsur, möhkəm ol.+ Bəli, ümidini Yehovaya bağla.

Haşiyələr

Hərfən: dirilər ölkəsində.
Digər variant: şəksiz inanıram ki, dirilər ölkəsində Yehovanın kəramətini görəcəyəm.