Zəbur 32:1—11
Davudun məzmuru. Maskil*.
32 Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur.+
2 Xoş o kəsin halına ki, Yehova onu təqsirli bilməz,+Qəlbində hiylə yoxdur.
3 Mən susduqca bütün günü inildədim, sümüklərim əridi.+
4 Gecə-gündüz əlin* üzərimdə ağır yük oldu,+Yayın istisində buxarlanan su kimi, gücüm yox oldu. (Selah)
5 Nəhayət, günahımı Sənə etiraf etdim,Təqsirimi gizlətmədim.+
Dedim: «Yehovaya günahlarımı açım».+
Sən də günahlarımdan keçdin.+ (Selah)
6 Buna görə sadiq bəndələr Sənə dua edəcək,+Hələ vaxt var ikən Səni axtaracaqlar.+
Hətta aşıb-daşan sular onları aparmaz.
7 Pənahgahım Sənsən,Məni bəladan qoruyarsan,+Məni qurtuluş sədaları ilə dövrələyərsən.+ (Selah)
8 Dedin: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm,+Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq.+
9 At kimi, qatır kimi şüursuz olma.+
Onların dəlisovluğu cilov, noxta ilə ram edilər,Yoxsa yanına gəlməzlər».
10 Pislərin başı çox ağrı çəkər,Yehovaya güvənənləri isə Onun məhəbbəti əhatə edər.+
11 Ey salehlər, sevinciniz Yehova olsun, şadlanın,Ürəyidüz olanlar, sevincdən haray salın!