Zəbur 35:1—28

  • Düşmənlərin əlindən imdad duası

    • Düşmənlər qovulsun (5)

    • Allah camaat arasında mədh edilir (18)

    • Nahaq yerə nifrət edirlər (19)

Davudun məzmuru. 35  Ey Yehova, mənimlə çəkişənlərlə çəkiş,+Döyüşənlərlə döyüş.+   Sipər-qalxanını* götür,+Gəl, qoru məni.+   Nizəni, baltanı dalımca düşənlərin üstünə qaldır,+«Sənin nicatınam» de mənə.+   Qoy canıma qəsd edənlər rüsvay olsunlar, alçalsınlar,+Mənə qarşı pis niyyəti olanlar biabır olub geri çəkilsinlər.   Küləyin sovurduğu saman çöpü kimi olsunlar,Yehovanın mələyi onları qabağına qatıb qovsun.+   Qoy yolları sürüşkən olsun, zülmət olsun,Yehovanın mələyi onları qovanda.   Nahaqdan canım üçün çala qazdılar,Üzərinə tor sərdilər.   Qoy başlarına qəfil fəlakət gəlsin,Qurduqları tora özləri düşsün,Çalaya yıxılıb tələf olsunlar.+   Qəlbimin sevinci Yehova olacaq,Könlüm Onun verdiyi qurtuluşa şadlanacaq. 10  Bütün varlığımla deyim: «Ey Yehova, məzlumu qoluzorlunun əlindən,+Biçarəni, kasıbı qəsbkardan qurtaran,+Sənin kimisi varmı?» 11  Fitnəkar şahidlər qalxır,+Bilmədiyim şeyləri soruşurlar. 12  Canım matəm içindədir,Yaxşılığımın əvəzində yamanlıq edirlər.+ 13  Ancaq onlar xəstələnəndə mən çula bürünərdim,Oruc tutub canıma qəsd edərdim,Duam cavabsız qalanda, 14  Sanki, dostum, qardaşımdan ötrü qəmə batardım;Anasına yas tutan adam kimi kədərdən qəddim bükülərdi. 15  Onlar isə mən axsayanda sevindilər, toplaşdılar,Toplaşıb birləşdilər, məni xəlvətdən vurmaq üçün. Məni parçaladılar, mənə hey böhtan atdılar. 16  Allahsızlar məni lağa qoyurlar*. Mənə diş qıcayırlar.+ 17  Ey Yehova, nə vaxtadək durub baxacaqsan?+ Canımı onların həmləsindən,+Şirin canımı gənc aslanın pəncəsindən qurtar.+ 18  Onda böyük məclis içrə Sənə həmd edərəm,+Camaat arasında Səni mədh edərəm. 19  Qoyma nahaqdan mənə düşmən kəsilənlər halıma sevinsin,Nahaq yerə mənə nifrət edənlər+ bir-birinə göz vursun.+ 20  Çünki onların dilindən xoş söz* çıxmaz,Dünyanın dinc sakinlərinə qarşı fitnə-fəsad qurarlar.+ 21  Məni ittiham etmək üçün ağızlarını geniş açır,«Aha! Gözümüzlə gördük!» — deyirlər. 22  Ey Yehova, bütün bunları görürsən, susma.+ Yehova, məndən uzaq durma.+ 23  Qalx, məni müdafiə et,Ey Allahım Yehova, məhkəmədə tərəfimi tut. 24  Məni ədalətinlə mühakimə et,+ ey Allahım Yehova,Qoy onlar halıma sevinməsin. 25  Ürəklərində: «Oxay! Muradımıza çatdıq», — deməsinlər,«Əcəb onun başını yedik», — söyləməsinlər.+ 26  Pis günümə sevinənlərinHamısı xəcil, biabır olsun. Önümdə qürrələnənlər rüsvayçılığa, rəzilliyə bürünsünlər. 27  Qoy salehliyimə sevinib-şadlananlarDurmadan desinlər: «Qulunun əmin-amanlığına sevinən Yehovaya eşq olsun!»+ 28  Onda ədalətin dilimdən düşməz,+Bütün günü Sənə alqış edərəm.+

Haşiyələr

Yaxud kiçik qalxanını və böyük qalxanını.
Digər variant: allahsızlar bir kökəyə məni lağa qoyurlar.
Hərfən: sülh sözləri.