Zəbur 37:1—40

  • Yehovaya güvənən uğurlu olar

    • «Şər iş görənlərdən ötrü qanını qaraltma» (1)

    • «Qoy səadətin Yehova olsun» (4)

    • «Yolunu Yehovaya tapşır» (5)

    • «Həlimlər yer üzünə sahib olacaq» (11)

    • Salehin diləndiyi görünməyib (25)

    • Salehlər yerdə əbədi yaşayacaq (29)

Davudun məzmuru. א [Alef]* 37  Şər iş görənlərdən ötrü qanını qaraltma,Haqsızlıq edənlərin paxıllığını çəkmə,+   Çünki onlar ot kimi tez quruyacaq,+Yaşıl çəməntək saralıb-solacaqlar. ב [Bet]   Sən Yehovaya güvən, yaxşılıq et,+Yer üzündə yaşa, sədaqətlə addımla.+   Qoy səadətin Yehova olsun,O, qəlbinin muradını çin edər. ג [Qimel]   Yolunu Yehovaya tapşır,+Ona güvən, O, sənin işini hasil edər.+   Salehliyini sübh şəfəqitək,Ədalətini günorta günəşitək parladar. ד [Dalet]   Yehovanın hüzurunda sükut et,+Onu səbirlə gözlə. Fitnə-fəsadla uğur qazanan adamdan ötrü qanını qaraltma.+ ה [He]   Qəzəbi burax, hiddətdən çəkin,+Dilxor olub şərə əl atma*.   Pislərin kökü kəsiləcək,+Yehovaya güvənənlər isə yer üzünə sahib olacaq.+ ו [Vav] 10  Az qalıb! Artıq pis adam olmayacaq,+Yerinə baxacaqsan, o, yoxdur.+ 11  Həlimlər yer üzünə sahib olacaq,+Əmin-amanlığın bolluğundan həzz alacaqlar.+ ז [Zayn] 12  Şər adam salehin qəsdinə durur,+Ona diş qıcayır. 13  Amma Yehova ona güləcək,Axı bilir ki, onun sonu gəlir.+ ח [Xet] 14  Şər adamlar qılınc çəkir, kaman gərir,Məzlumu, fağırı yıxmaq üçün,Yolu dürüst olanın canını almaq üçün. 15  Lakin qılıncları öz ürəklərinə batacaq,+Kamanları qırıq-qırıq olacaq. ט [Tet] 16  Salehin az malı,Çoxlu şər adamın sərvətindən yaxşıdır.+ 17  Çünki şərlərin qolu sınacaq,Salehlərə isə Yehova arxa duracaq. י [Yud] 18  Yehova saf insanların nələr çəkdiyini bilir,Onların mirası daima duracaq.+ 19  Dara düşəndə xəcalət çəkməyəcəklər,Aclıq günlərində tox yaşayacaqlar. כ [Kaf] 20  Şər adamlar isə yox olacaq,+Yehovanın düşmənləri əlvan çəməntək solub gedəcək,Duman kimi dağılacaqlar. ל [Lamed] 21  Şər adam borc götürər, qaytarmaz,Saleh adam isə səxavətlidir, əliaçıqdır.+ 22  Allahın mübarək bəndələri yerə sahib olacaq,Onun lənətlədiyi kəslərinsə kökü kəsiləcək.+ מ [Mem] 23  Yehova insanın yolundan razı qalanda+Onun addımlarını yönəldir.+ 24  O insan büdrəsə də yıxılmaz,+Çünki Yehova onun əlindən tutur.+ נ [Nun] 25  Cavanlığımdan bəri, bu qoca yaşımadək,Nə saleh adamın atıldığını,+Nə də övladlarının çörək diləndiyini görməmişəm.+ 26  O, həmişə səxavətlə borc verər,+Övladları da xeyir-bərəkət görər. ס [Samex] 27  Şərdən qaçıb yaxşılıq etsən,+Əbədi yaşayarsan. 28  Çünki Yehova ədaləti sevir,Sadiq bəndələrini tərk etməz.+ ע [Ayn] Onlar daima hifz olunar,+Pislərinsə nəsli kəsiləcəkdir.+ 29  Salehlər yerə sahib olacaq,+Orada əbədi yaşayacaqlar.+ פ [Pe] 30  Saleh adamın ağzından hikmət tökülür,Dilindən ədalət yağır.+ 31  Allahının qanunu onun qəlbindədir,+Ayağı büdrəməz.+ צ [Tsade] 32  Şər adam salehi güdür,Onu öldürmək üçün fürsət axtarır. 33  Lakin Yehova salehi şər adamın əlinə salmaz,+Onu məhkəmədə təqsirli çıxarmaz.+ ק [Kof] 34  Ümidini Yehovaya bağla, Onun yolunu tut,O, səni yüksəldəcək, yer üzünə sahib olacaqsan,Pislərin kökü kəsiləndə+ gözünlə görəcəksən.+ ר [Reyş] 35  Amansız, zalım adamı gördüm,Yaşıl ağactək qol-budaq atmışdı öz torpağında.+ 36  Lakin qəfil soldu, yox olub getdi,+Axtardım onu, tapmadım.+ ש [Sin] 37  Kamil adama fikir ver,Əməlisalehə bax,+Belə adamın gələcəyi əmin-aman olacaq.+ 38  Lakin asilərin hamısı məhv ediləcək,Şər adamların axırı yoxdur.+ ת [Tav] 39  Salehlərin xilası Yehovadandır,+Dar gündə onların pənahı Odur.+ 40  Yehova onların imdadına yetib xilas edəcək,+Onları şər adamın əlindən qurtarıb nicat verəcək,Çünki Ona sığınıblar.+

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Digər variant: dilxor olma, çünki bu, ziyandan başqa heç nə gətirməz.