Zəbur 41:1—13

  • Xəstə vaxtı Davudun duası

    • Allah xəstənin yastığını yüngül edər (3)

    • Yaxın dostun xəyanəti (9)

Dirijora. Davudun məzmuru. 41  Fağıra nəzər salan bəxtiyardır,+Dar günündə Yehova onu qurtarar.   Yehova onu hifz edər, həyatını qoruyar,Bəxtəvər deyərlər cahanda ona!+ Onu əsla düşmənlərinin pəncəsinə verməzsən,+   Yatağa düşəndə, Yehova, ona dayaq olarsan,+Xəstə vaxtında qayǧısına qalarsan*.   Dedim: «Yehova, mənə rəhm et.+ Sənə qarşı günah etmişəm,+ canıma şəfa ver».+   Düşmənlərim əleyhimə danışaraq deyirlər: «Bu, nə vaxt öləcək, adı nə vaxt itib-batacaq?»   Onlardan biri məni görməyə gələndə ürəyindən yalan keçər,Gözü nəsə axtarar,Sonra çıxıb aləmə car çəkər.   Mənə nifrət edənlər yığışıb pıç-pıç edir,Ayağımın altını qazırlar.   Deyirlər: «Elə bir dərdə düçar olub ki,Yatağa düşüb, bir daha qalxmaz».+   Hətta güvəndiyim kəs, yaxın dostum,+Çörək kəsdiyim adam mənə xəyanət etdi*.+ 10  Ey Yehova, mənə rəhm et, ayağa qaldır,Qoy onlardan əvəz çıxım. 11  Düşmənimin zəfər səsi yüksəlməzsə,Bilərəm ki, məndən razısan.+ 12  Kamil olduğum üçün mənə arxa olursan,+Məni həmişəlik hüzurunda saxlarsan.+ 13  İsrailin Allahı YehovayaƏzəldən əbədiyyətədək alqış olsun!+ Amin! Amin!

Haşiyələr

Hərfən: yatağını büsbütün dəyişərsən.
Hərfən: mənə dabanını qaldırdı.