Zəbur 47:1—9
Dirijora. Qarun oğullarının məzmuru.+
47 Əl çalın, ey xalqlar,Zəfər nidaları, sevinc sədaları ilə Allahı mədh edin!
2 Çünki Haqq-Taala Yehova zəhmlidir,+Bütün dünya üzərində böyük padşahdır.+
3 Ümmətləri bizə tabe edər,Xalqları ayağımızın altına sərər.+
4 Sevdiyi Yaqubun+ iftixarını,Mirasımızı bizim üçün O seçər.+ (Selah)
5 Yehova Allah sevinc sədaları ilə,Şeypur səsləri ilə yüksəldi.
6 Tərənnüm edin Allahı, nəğmələrdə tərənnüm edin!
Tərənnüm edin Padşahımızı, nəğmələrdə tərənnüm edin!
7 Çünki Allah bütün dünyanın padşahıdır,+Onu nəğmələrdə tərənnüm edin və ağılla hərəkət edin.
8 Allah xalqlar üzərində padşah oldu,+Allah müqəddəs taxtında əyləşib.
9 İbrahimin Allahının xalqı iləBir yerə toplaşdı xalqların əsilzadələri.
Çünki yer üzünün hakimləri Allaha məxsusdur.
O, ucalardan ucadır.+