Zəbur 50:1—23

  • Allah sadiq bəndələri ilə şər adamlar arasında hökm çıxarır

    • Allah qurban gətirənlərlə əhd bağlayır (5)

    • «Allah Hakimdir» (6)

    • Bütün heyvanlar Allahındır (10, 11)

    • Allah şər adamları ifşa edir (16—21)

Asəfin məzmuru.+ 50  Allahlar Allahı Yehova+ danışır,Gündoğandan günbatanadəkBütün dünyanı çağırır.   Allah Siondan, gözəllik zirvəsindən+ parlayır.   Allahımız gələcək, susub durmayacaq.+ Önündən yandırıb-yaxan alov çıxır,+Dövrəsində şiddətli fırtınalar qopur.+   Xalqını mühakimə etmək üçün+Yuxarıda göyü, aşağıda yeri səsləyir:+   «Qurban gətirib Mənimlə əhd bağlayan kəsləri,+Sadiq bəndələrimi yanıma toplayın».   Göylər Onun ədalətini bəyan edir,Çünki Allah Hakimdir.+ (Selah)   «Dinlə, ey xalqım, Mən danışacağam,Ey İsrail, sənə qarşı şəhadət verəcəyəm.+ Mənəm Allah, sənin Allahın.+   Sizi nə təqdim etdiyiniz qurbanlara görə,Nə də daim hüzuruma gətirdiyiniz yandırma qurbanlarına görə tənbeh etmirəm.+   Nə tövlənizdən bir buğaya,Nə ağıllarınızdan bir təkəyə ehtiyacım var.+ 10  Çünki bütün meşə heyvanları,Min dağda yaşayan heyvanlar Mənimdir.+ 11  Dağlardakı bütün quşları bir-bir tanıyıram,+Çöllərdəki sürü-sürü heyvanlar Mənimdir. 12  Ac olsaydım da, sizə deməzdim,Çünki torpaq, torpağın üstündəki hər şey Mənimdir.+ 13  Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?+ 14  Qoy Allaha gətirdiyiniz qurban şükranlar olsun,+Haqq-Taalaya etdiyiniz nəzirləri yerinə yetirin.+ 15  Dar gününüzdə Məni çağırın,+Sizi qurtararam, siz də Məni ucaldarsınız».+ 16  Şər adamlara isə Allah deyəcək: «Nə haqla qayda-qanunumdan danışırsınız,+Əhdimi dilinizə gətirirsiniz?+ 17  Siz ki öyüd-nəsihətə xor baxırsınız,Sözlərimi qulaqardına vurursunuz.+ 18  Bir oğru görəndə əlini sıxırsınız*,+Zinakara yoldaş olursunuz. 19  Dil-dodağınız ancaq şər yayır,Dilinizdən hiylə əskik olmur.+ 20  Oturub doğma qardaşınızın əleyhinə danışırsınız,+Ananızın oğlunun eyiblərini açırsınız. 21  Siz belə edəndə dinmədim,Elə bildiniz ki, Mən də sizin kimiyəm. Xeyr! Sizi tənbeh edəcəyəm,Əməllərinizi qabağınıza düzəcəyəm.+ 22  Ey Allahı unudanlar,+ bunu nəzərə alın,Yoxsa sizi tikə-tikə edərəm, qurtaran olmaz. 23  Şükranlardan qurban gətirən, Məni ucaldır.+ Haqq yolda möhkəm duranAllahdan nicat görər».+

Haşiyələr

Digər variant: ona qoşulursunuz.