Zəbur 52:1—9

  • «Mənsə Allahın məhəbbətinə güvənəcəyəm»

    • Pisliklə öyünənlərə xəbərdarlıq (1—5)

    • Allahsızlar var-dövlətə bel bağlayırlar (7)

Dirijora. Maskil*. Davudun məzmuru. Ədumi Duəq Talutun yanına gedib Davudun Əximəlikin evinə gəldiyini deyəndə.+ 52  Nə üçün pisliyinlə öyünürsən, ey qoluzorlu insan?+ Bil ki, Allahın məhəbbəti heç vaxt tükənməz.+   Dilin ülgüc kimi itidir,+Fitnə qurar, hiylə işlədər.+   Yaxşılıqdan çox yamanı,Həqiqətdən çox yalanı sevdin. (Selah)   Ey hiyləgər dil,Zəhərli sözləri sevdin.   Allah səni əbədilik yıxacaq,+Səni yerə vuracaq, çadırından dartıb çıxaracaq,+İşıqlı dünyadan kökünü qoparacaq.+ (Selah)   Salehlər bunu görüb qorxacaq,+Onun halına güləcəklər:+   «Baxın, bu adam Allahı özünə qala etmədi,+Var-dövlətinə bel bağladı,+Fitnə-fəsadı özünə sipər etdi».   Mənsə Allahın evində yaşıl zeytun ağacıtək olacağam,Əbədiyyən Allahın məhəbbətinə güvənəcəyəm.+   Gördüyün işlərdən ötrü Səni ucaldacağam,+Sadiq bəndələrinin önündəAdına ümid bağlayacağam,+ çünki bu, yaxşıdır.

Haşiyələr