Zəbur 60:1—12

  • Allah düşmənlərini əzir

    • İnsandan xilas gözləmək əbəsdir (11)

    • «Biz Allahdan güc alarıq» (12)

Dirijora. «Xatirə zanbağı». Mixtam*. Davudun məzmuru. Təlim üçün. Davud Aram-Nəhraim və Aram-Sobah ilə döyüşərkən Yuab geri dönüb Duz vadisində 12 000 ədumini qıranda.+ 60  Xudaya, bizi tərk etdin, cərgələrimizi yarıb keçdin,+Bizə qəzəbləndin. İndi qəbul et bizi, nə olar.   Yeri titrətdin, çat-çat etdin,Yer titrəyir, onun çatlarını bitişdir.   Xalqına sıxıntı verdin,Bizə gicəlləndirici şərab içirtdin.+   Səndən qorxanlara işarə ver ki*,Onlar qaçıb oxdan qurtulsunlar. (Selah)   Sağ əlinlə bizə qurtuluş ver, bizə hay ver,Qoy istəkli bəndələrin nicat tapsın.+   Müqəddəs Allah* dedi: «Sevinib-coşacağam, Sihamı istədiyim kəsə pay verəcəyəm,+Suqqut dərəsini ölçüb böləcəyəm.+   Gilad Mənimdir, Mənəssə Mənim,+Əfraim başımın dəbilqəsidir*,Yəhuda əlimdə öndər əsasıdır.+   Muab yuyunmaq üçün teştimdir,+Səndəlimi Əduma tullayacağam,+Filiştin üstünə zəfər harayı çəkəcəyəm».+   Kim məni mühasirədəki* şəhərə aparar? Kim məni Əduma qədər aparar?+ 10  Səndən başqa kim bunu edər, ey Allah? Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız.+ 11  Bizə kömək ol, sıxıntıdan qurtulaq,Əbəsdir insandan xilas gözləmək.+ 12  Biz Allahdan güc alarıq,+O, düşmənlərimizi tapdalayar.+

Haşiyələr

Digər variant: verdin ki.
Digər variant: Allah Öz müqəddəs məkanında.
Hərfən: istehkamıdır.
Digər variant: istehkamlı.