Zəbur 61:1—8

  • Allah düşməndən qorunmaq üçün möhkəm qaladır

    • «Daim çadırında yaşaram» (4)

Dirijora. Simli alətlərin müşayiətilə. Davudun məzmuru. 61  Ey Allahım, fəryadımı eşit, duamı dinlə.+   Qəlbim qubar bağlayıb,Səni dünyanın ucqarlarından səsləyirəm,+Məni əlçatmaz qayaya qaldır.+   Axı pənahım Sənsən,Düşməndən qoruyan möhkəm qalamsan.+   Daim çadırında yaşaram,+Qanadların altına sığınaram.+ (Selah)   Sən dediyim nəzirləri eşitdin,Mənə adından qorxanlara məxsus miras verdin.+   Padşahın ömrünü uzadarsan,+İlləri nəsildən-nəslə keçər,   Daim Allahın önündə taxtda oturar.+ Ona məhəbbət, sədaqət bəxş et ki, onu qorusun.+   Dünya durduqca adını nəğmələrdə tərənnüm edərəm,+Nəzirlərimi hər gün yerinə yetirərəm.+

Haşiyələr