Zəbur 7:1—17
-
Yehova adil hakimdir
-
«Məni mühakimə et» (8)
-
Binyaminli Kuşun sözlərindən ötrü Davudun Yehovaya oxuduğu qəmli nəğmə.
7 Ey Allahım Yehova, Sənə sığınmışam,+Təqibçilərdən məni qoru, xilas et,+
2 Yoxsa aslantək məni parçalayacaqlar,+Sürüyüb aparacaqlar, qurtaran olmayacaq.
3 Ey Yehova, qəbahət iş tutmuşamsa,Haqsızlıq etmişəmsə,
4 Yaxşılığa yamanlıq etmişəmsə,+Nahaq yerə düşmənimi soymuşamsa*,
5 Qoy düşmən canımı təqib etsin, tutsun,Məni* yerə vurub tapdalasın,Şərəfimi yerə soxsun. (Selah)
6 Qəzəbinlə qalx, ey Yehova,Düşmənlərimin hiddətinin qabağını kəs,+Mənə görə qalx, tələb et, ədalət bərqərar olsun.+
7 Qoy xalqlar dövrəndə toplaşsın,Sən də ucalardan onlara hökm et.
8 Yehovadır xalqlara hökm çıxaran.+
Salehliyim əsasında, ey Yehova,Paklığım əsasında məni mühakimə et.+
9 Nə olar, şər adamların pisliyinə son qoy,Saleh adamı isə hifz et.+
Adil Allah+ ürəkləri,+ ən dərin duyğuları sınayar.+
10 Allahdır, ürəyidüz adamların+ xilaskarıdır mənim qalxanım.+
11 Xudavənd adil hakimdir,+Bəyan edir hər gün hökmlərini.
12 İnsan pis yolundan dönməzsə,+ O, qılıncını itilər,+Kamanını çəkib nişan alar.+
13 Ölüm silahlarını hazırlar,Alov saçan oxlarını düzəldər.+
14 Bax, biri bətnində pislik daşıyır,O, fitnəyə hamilə qalıb, yalan doğar.+
15 Bir quyu qazdı, qazdıqca qazdı,Amma qazdığı quyuya özü düşəcək,+
16 Qurduğu fitnə öz başına gələcək,+Zorakılığı özünə qayıdacaq.
17 Ədalətinə görə Yehovaya alqış edəcəyəm,+Haqq-Taala+ Yehovanın adını nəğmələrdə tərənnüm edəcəyəm.+