Zəbur 75:1—10
-
Allah ədalətlə mühakimə edir
-
Pislər Yehovanın camından içəcəklər (8)
-
Dirijora. «Məhv etmə». Asəfin məzmuru.+
75 Şükür edirik Sənə, İlahi, şükür edirik;Sən bizimləsən.+
İnsanlar xariqüladə işlərini bəyan edir.
2 Sən deyirsən: «Mən vaxt təyin edəndəƏdalətlə mühakimə edirəm.
3 Dünya və sakinləri lərzəyə gələndəOnun sütunlarını tutub saxlayan Mən idim». (Selah)
4 Lovğaya: «Bəsdir lovğalıq etdin», — deyirəm,Şər adama isə: «Gücünlə öyünmə*,
5 Gücünlə çox öyünmə,Lovğa-lovğa danışma, — deyirəm, —
6 Çünki başıucalıq nə qərbdən, nə şərqdən,Nə də cənubdan gəlir.
7 Allahdır Hakim,+O, kimini alçaldır, kiminisə yüksəldir.+
8 Yehova əlində bir cam tutub,+İçi köpüklənən tünd şərabla doludur.
O, camı dibinədək boşaldacaq,Dünyanın bütün pisləri onu son damlasınadək içəcək».+
9 Mən isə bunu əbədiyyən bəyan edəcəyəm,Yaqubun Allahını nəğmələrdə tərənnüm edəcəyəm.
10 O deyir: «Mən şər adamın buynuzunu sındıracağam.
Salehinsə gücü* ucalacaqdır».