Zəbur 76:1—12
Dirijora. Simli alətlərin müşayiətilə. Asəfin məzmuru.+
76 Allah Yəhudada tanınır,+İsraildə Onun adı ucadır.+
2 Çadırı Səlimdə yerləşir,+Siondur Onun məskəni.+
3 Orada qırdı kamandan atılan yanar oxları,Qalxanı, qılıncı, bütün yaraq-yasağı.+ (Selah)
4 Sən nura bürünmüsən,Şikar dolu dağlardan da vüqarlısan.
5 Cəsur ürəkləri ovladın,+Yatıb yuxuya daldılar,Ərənlərin qolu sustaldı.+
6 Ey Yaqubun Allahı, Sənin hökmündənArabanı sürən də, at da dərin yuxuya daldı.+
7 Sən, yalnız Sən zəhmlisən!+
Alovlu qəzəbin qarşısında kim dura bilər?+
8 Sən hökmünü göylərdən elan etdin,+Yer qorxdu, sükuta qərq oldu,+
9 Çünki Allah ayağa qalxdı, hökmünü vermək üçün,Dünyanın həlim insanlarını qurtarmaq üçün.+ (Selah)
10 İnsanın qəzəbi belə, Səni ucaldır,+İnsan qəzəbinin son izharı ilə Özünü bəzərsən.
11 Ey Allahın ətrafına toplaşanlar,Allahınız Yehovaya nəzirlər deyin,Onları yerinə yetirin,+Qorxu içində Ona bəxşiş gətirin.+
12 O, rəhbərlərin qürurunu sındırar,Dünyanın padşahlarını dəhşətə salar.