Zəbur 96:1—13
96 Yehovanın şəninə yeni nəğmə oxuyun.+
Yehovanın şəninə nəğmə oxu, ey dünya!+
2 Yehovanın şəninə nəğmə deyin, adını tərənnüm edin,Verdiyi qurtuluşu günbəgün müjdələyin.+
3 Xalqlara şan-şöhrətini,Bütün ellərə xariqələrini bəyan edin.+
4 Yehova böyükdür, hədsiz tərifə layiqdir,Bütün allahlardan zəhmlidir.
5 Axı xalqların allahları heçdir,+Yehova isə göylərin yaradanıdır.+
6 Əzəmət və calal hüzurunda,+Qüdrət və gözəllik müqəddəs məkanındadır.+
7 Ey xalqların tayfaları, Yehovaya şərəf verin!
Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin!+
8 Yehovaya adına layiq şərəf verin!+
Bəxşiş gətirib Onun həyətlərinə gəlin.
9 Müqəddəs libaslarda* Yehovaya səcdə qılın,Onun önündə tir-tir əs, ey dünya!
10 Xalqlara car çəkin: «Yehova padşah oldu!+
Yer möhkəm qurulub, əsla sarsılmaz,O, xalqları insafla mühakimə edəcək».+
11 Qoy göylər sevinsin, yer üzü şadlansın,Dəniz və dənizdə nə varsa, gurlasın.+
12 Çöl-biyaban, orada nə varsa, cuşa gəlsin,+Meşədəki ağaclar da sevinc harayı salsın+
13 Yehovanın önündə, çünki O gəlir,Dünyanı mühakimə etməyə gəlir.
O, dünyanı ədalətlə,+Xalqları Öz sədaqətilə mühakimə edəcək.+
Haşiyələr
^ Digər variant: müqəddəsliyinin ehtişamına görə.