Zəkəriyyə 10:1—12
10 «Yaz yağışı mövsümündə Yehovadan yağış diləyin.
Yehovadır qara buludları yaradan,İnsanlar üçün yağışlar yağdıran,+Hər kəsin tarlasını göyərdən.
2 Ev bütləri* yalan danışır,Falçılar yalan vəhylər görür,Mənasız yuxular danışaraqBoş-boşuna təsəlli verməyə çalışırlar.
Buna görə camaat qoyun kimi azacaq,Çobanları olmadığından əziyyət çəkəcəklər.
3 Çobanlara qarşı qəzəbim alovlandı.
Zalım başçılardan* hesabat tələb edəcəyəm.
Çünki ordular Allahı Yehova Öz sürüsünə,+ Yəhuda evinə nəzər saldı,Döyüşdə onu Özünün şahanə atı etdi.
4 Başçı* ondan çıxacaq,Arxa-dayaq olacaq hökmdar* da ondan çıxacaq,Hərb kamanı və bütün nəzarətçilər ondan çıxacaq.
Bəli, hamısı ondan çıxacaq.
5 Onlar döyüş vaxtı küçələrin palçığını tapdalayan cəngavər kimi olacaqlar.
Onlar döyüşəcəklər, çünki Yehova onlarla olacaq.+
Düşmən atlıları isə biabır olacaqlar.+
6 Mən Yəhuda evini güclü edəcəyəm,Yusif evini qurtaracağam,+Onlara rəhm edəcəyəm,+Onları qaytaracağam,Sanki, onları heç vaxt rədd etməmişəm.+
Onlara hay verəcəyəm, axı Mən onların Allahı Yehovayam.
7 Əfraimlilər igid kimi olacaq,Ürəkləri, şərab içmiş kimi, cuşa gələcək.+
Oğulları bunu görüb şadlanacaq,Ürəklərinin sevinci Yehova olacaq.+
8 “Fit çalıb onları bir yerə toplayacağam.
Onları qurtaracağam,+ onlar artacaqlar,Çoxaldıqca çoxalacaqlar.
9 Onları toxum kimi xalqlar arasına səpələsəm də,Çox-çox uzaqlarda Məni xatırlayacaqlar.
Oğulları ilə birgə dirçəlib qayıdacaqlar.
10 Onları Misir torpağından qaytaracağam,Aşşurdan toplayacağam,+Gilad torpağına+ və Livana gətirəcəyəm.
Onlara yer bəs etməyəcək.+
11 O, dənizi yarıb keçəcək, onu təlatümə gətirəcək,Dalğaları vurub yatıracaq,+Nilin dibi quruyacaq.
Aşşurun qüruru yerə vurulacaq,Misirin hökmdar əsası əlindən alınacaq.+
12 Mən Yehova onları güclü edəcəyəm.+
Onlar adıma layiq yaşayacaqlar”,+ — bəyan edir Yehova».
Haşiyələr
^ Hərfən: təkələrdən.
^ Hərfən: künc bürcü. Nüfuz sahibi və ya başçı timsalı.
^ Hərfən: mıx. Arxa-dayaq olan adam və ya hökmdar timsalı.