Zəkəriyyə 5:1—11
5 Yenə başımı qaldırıb baxdım və bir uçan tumar gördüm.
2 Mələk məndən soruşdu: «Nə görürsən?»
Mən dedim: «Uçan tumar görürəm. Onun uzunluğu iyirmi qulac*, eni on qulacdır».
3 Onda o, mənə dedi: «Bu, bütün dünya üzərinə gələn lənətdir. Çünki tumarın bu üzündə yazıldığı kimi, oğurluq edən kəs+ cəzasız qalıb. Tumarın o biri üzündə yazıldığı kimi, yalandan and içən kəs+ də cəzasız qalıb.
4 Ordular Allahı Yehova bəyan edir: “Onu Mən göndərmişəm; o, oğrunun da, yalandan adımla and içənin də evinə girəcək və orada qalacaq. Həmin evi, onun tirlərini və daşlarını dağıdacaq”».
5 Mənimlə danışan mələk yaxınlaşıb mənə dedi: «Başını qaldırıb bax, gör yaxınlaşan nədir».
6 Mən soruşdum: «Bu nədir?»
O dedi: «Bu gələn ölçü qabıdır*». Sonra əlavə etdi: «Bu, bütün dünyadakı pislərin görkəmidir».
7 Ölçü qabının dəyirmi qurğuşun qapağı qaldırılanda gördüm ki, onun içində bir qadın oturub.
8 Mələk dedi: «Bu Şərdir». Sonra o, qadını qabın içinə itələyib ağzını qurğuşun qapaqla bağladı.
9 Yenə başımı qaldıranda gördüm ki, iki qadın yaxınlaşır. Onlar küləyin axını ilə süzürdülər. Qanadları leylək qanadına oxşayırdı. Onlar ölçü qabını yerlə göy arasına qaldırdılar.
10 Mənimlə danışan mələkdən soruşdum: «Onlar ölçü qabını hara aparırlar?»
11 O dedi: «Şinar* diyarına.+ Orada qadın üçün ev tikiləcək, ev hazır olanda qadın layiq olduğu yerə qoyulacaq».
Haşiyələr
^ Qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
^ Hərfən: efadır. B14 əlavəsinə bax.
^ Yəni Babilistan.