Zəkəriyyə 7:1—14

  • Yehova saxta orucu qəbul etmir (1—14)

    • Məgər Mənim üçün oruc tuturdunuz? (5)

    • Haqq-ədalət, xeyirxahlıq, mərhəmət (9)

7  Şah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan kislev* ayının dördüncü günü Zəkəriyyəyə+ Yehovanın sözü nazil oldu.  Beytel əhli Yehovadan lütf diləmək üçün Şarasarı, Riğəmməliki və onun adamlarını göndərib  ordular Allahı Yehovanın peyğəmbərlərindən və məbəddəki kahinlərdən soruşdu: «Bu illər boyu etdiyimiz kimi, beşinci ayda+ da oruc tutub ağlayaqmı?»  Onda mənə ordular Allahı Yehovanın sözü nazil oldu:  «Bütün ölkə camaatına və kahinlərə de: “Yetmiş il+ ərzində beşinci və yeddinci aylarda+ oruc tutub ağladığınız zaman məgər Mənim üçün oruc tuturdunuz?  Bəlkə yeyib-içdiyiniz zaman Mənim üçün yeyib-içirdiniz?  Məgər Yerusəlimlə ətraf şəhərlər əmin-amanlıq içində yaşayanda, Negev və Şəfla sakinli olanda siz Yehovanın əvvəlki peyğəmbərlər+ vasitəsilə dediyi sözlərə itaət etməli deyildiniz?”»  Zəkəriyyəyə yenə Yehovanın sözü nazil oldu:  «Ordular Allahı Yehova deyir: “Haqq-ədalətlə mühakimə edin.+ Bir-birinizə qarşı xeyirxah,+ mərhəmətli olun. 10  Dul qadını, yetimi,+ qəribi+ və məzlumu+ aldatmayın. Ürəyinizdə bir-birinizə qarşı pis niyyət olmasın”.+ 11  Lakin onlar qulaq asmaq istəmədilər,+ inadla arxa çevirdilər,+ qulaqlarını tıxadılar ki, eşitməsinlər.+ 12  Ürəklərini almaz daşı* kimi sərt etdilər ki,+ ordular Allahı Yehovanın Öz ruhu vasitəsilə, əvvəlki peyğəmbərlərin dili ilə bildirdiyi qanun və sözlərə əməl etməsinlər.+ Buna görə ordular Allahı Yehova bərk qəzəbləndi».+ 13  «Ordular Allahı Yehova deyir: “Necə ki Mən çağıranda onlar qulaq asmadılar,+ onlar da çağıranda Mən qulaq asmadım.+ 14  Onları tufan səpələyən kimi tanımadıqları xalqların arasına səpələdim.+ Yurdları viran qaldı, oraya gedib-gələn olmadı.+ Onlar gözəl torpağı acınacaqlı hala saldılar”».

Haşiyələr

Digər variant: bərk daş.