Zəkəriyyə 9:1—17
9 Hökm:
«Yehovanın sözü Hədrax diyarına qarşıdır,Dəməşqi nişan alıb.+
Çünki Yehovanın gözü bəşərin+Və cəmi İsrail qəbilələrinin üzərindədir.
2 Bu söz onunla* həmsərhəd olan Həməsə aiddir,+Sura+ və Sidona+ da aiddir, çünki onlar həddən artıq ağıllıdırlar.+
3 Sur özünə istehkam tikdi,Torpaq qədər gümüş,Küçənin palçığı qədər qızıl topladı.+
4 Lakin Yehova onun mal-mülkünü əlindən alacaq,Ordusunu dənizdə vuracaq,+Alov onu yandırıb kül edəcək.+
5 Aşkelon bunu görüb qorxacaq,Qəzzə böyük əzab çəkəcək,Ekron da həmçinin, çünki ümidi puç oldu.
Qəzzədən padşah yox olacaq,Aşkelon bomboş qalacaq.+
6 Aşdodda bic doğulmuş oğullar yaşayacaq.
Mən filiştlilərin* qürurunu sındıracağam.+
7 Onların ağzından qanlı əti,Dişləri arasından iyrənc yeməkləri dartıb çıxaracağam.
Onların sağ qalanları Allahımıza məxsus olacaq,Yəhudada şeyx* kimi olacaq,+Ekron isə yəbusilərə+ bənzəyəcək.
8 Evimin ətrafında ordugah quracağam ki,+Ora girib-çıxan olmasın.
Artıq xalqımın arasında nəzarətçi* gəzməyəcək,+Çünki indi onların halını gözümlə görürəm.
9 Ey Sion qızı, sevincdən cuşa gəl!
Ey Yerusəlim qızı, sevincdən hayqır!
Bax! Padşahın yanına gəlir.+
O, salehdir!
O, qurtuluş gətirir!
O, təvazökardır,+ eşşəyə,Eşşəyin balası qoduğa minib gəlir.+
10 Mən Əfraimdən cəng arabalarını,Yerusəlimdən atları yox edəcəyəm.
Yay-kaman sındırılacaq.
Sənin padşahın xalqlara sülhü bəyan edəcək.+
Dənizdən dənizə,Çaydan* ta dünyanın hüdudlarınadək hakimiyyət sürəcək.+
11 Ey qadın*, sənə gəlincə, aramızdakı qan əhdinə əsasənMəhbuslarını susuz quyudan çıxarıb azad edəcəyəm.+
12 Ey ümidi olan məhbuslar, qayıdın qalaya!+
Bu gün sənə deyirəm:
“Ey qadın, sənə ikiqat pay verəcəyəm.+
13 Yəhudanı kamantək dartacağam,Əfraimi ox kimi kamana qoyacağam.
Ey Sion, sənin oğullarını oyadacağam,Ey Yunan diyarı, onları sənin oğullarının üstünə qaldıracağam.
Səni, ey Sion, igidin qılıncı kimi edəcəyəm”.
14 Yehova onlarla olduğunu əyan edəcək.
Onun oxu şimşək kimi çaxacaq.
Külli-İxtiyar Yehova şeypur çalacaq,+Cənub tufanları ilə hücuma keçəcək.
15 Ordular Allahı Yehova onları müdafiə edəcək,Onlar sapand daşlarını udacaq və əzəcəklər.+
Şərab içmiş adamtək sevinib-şadlanacaqlar.
Onlar cam kimi,Qurbangahın küncləri kimi dolacaqlar.+
16 Allahları Yehova o gün Öz xalqını,Öz sürüsünü xilas edəcək.+
Onlar Onun torpağında tac üzərindəki daş-qaş kimi par-par parlayacaqlar.+
17 Onun kəraməti necə böyükdür!+
Onun calalı necə əzəmətlidir!
Oğlanlar taxıldan,Qızlar təzə şərabdan canlanacaqlar».+
Haşiyələr
^ Ehtimal ki, Dəməşq və ya Hədrax.
^ Bəzi mənbələrə əsasən, filistimlilər.
^ Qəbilə başçısı.
^ Yaxud zülmkar.
^ Fərat çayı.
^ Sion, yaxud Yerusəlim.