Amus 1:1—15

1  Təquh+ qoyunçularından olan Amusun* sözləri. O, Yəhuda padşahı Üziyyənin+ və İsrail padşahı Yuəş+ oğlu Ərubamın+ dövründə, zəlzələdən+ iki il qabaq İsraillə bağlı vəhy almışdı.  O demişdi: «Yehova Siondan nərə çəkəcək,Yerusəlimdən səsi ucalacaq. Çobanların otlaqları yasa bürünəcək,Karmelin zirvəsi quruyacaq».+   «Yehova bəyan edir:“Dəməşq üç kərə, dörd kərə üsyan etdiyi üçün* qolumu geri çəkməyəcəyəm.Çünki o, Giladı dəmir vəllərlə döydü.+   Həzailin+ evinə od yağdıracağam.Alov Bənhədadın+ qalalarını yandırıb külə döndərəcək.   Dəməşqin+ rəzələrini sındıracağam,Biqət-Avenin əhalisini,Beyt-Ədənin hökmdarını yox edəcəyəm.Aram əhli Giraha+ sürgün ediləcək”, — Yehova belə deyir.   Yehova bəyan edir:“Qəzzə+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.Çünki o, bütün əsirləri+ Əduma verdi.   Mən Qəzzənin+ divarlarına od yağdıracağam.Alov onun qalalarını yandırıb külə döndərəcək.   Aşdodun+ əhalisini,Aşkelonun+ hökmdarını yox edəcəyəm.Əlimi Ekrona+ qarşı qaldıracağam.Filiştlilərdən* sağ qalanlar məhv olacaq”,+ — Külli-İxtiyar Yehova belə deyir.   Yehova bəyan edir:“Sur+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.Çünki o, bütün əsirləri Əduma verdi,Qardaşlıq əhdini unutdu.+ 10  Surun divarlarına od yağdıracağam.Alov onun qalalarını yandırıb külə döndərəcək”.+ 11  Yehova bəyan edir:“Ədum+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.Çünki mərhəmətini boğdu,Qılıncla qardaşının dalınca düşdü.+O, onu qəzəblə didib-parçalayır,Hirsi soyumaq bilmir.+ 12  Mən Təhmanın+ üzərinə od yağdıracağam.Alov Bozrahın+ qalalarını yandırıb külə döndərəcək”. 13  Yehova bəyan edir:“Əmunilər+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.Çünki onlar ərazilərini genişləndirmək+ üçün Giladda hamilə qadınların qarnını yırtdılar. 14  Mən döyüş günü nərə səsiylə,Tufanlı gündə fırtına ilə,Rabbahın+ divarlarına od yağdıracağam.Alov onun qalalarını yandırıb külə döndərəcək. 15  Onların padşahı əyanları ilə bərabər əsir aparılacaq”,+ — Yehova belə deyir.

Haşiyələr

Mənası: yükolma; yükdaşıma.
Yaxud Dəməşqin üç, dörd cinayətinə görə.
Bəzi mənbələrə əsasən, filistimlilər.