Amus 3:1—15

  • Allahın hökmləri (1—8)

    • Allah sirrini qullarına açır (7)

  • Səməriyyəyə qarşı xəbər (9—15)

3  Ey İsrail xalqı, Yehovanın sizin haqqınızda, Misirdən çıxardığı ümmət haqqında dediyi sözləri eşidin:   “Dünyanın bütün xalqları arasında təkcə səni tanıdım.+ Buna görə bütün günahlarının əvəzini verəcəyəm.+   İki nəfər razılaşıb görüşməsə, necə birgə yol gedər?   Heç şikarı olmayan aslan meşədə nərə çəkər? Şikar tapmayan gənc aslan yuvasında nərildəyər?   Tor yerə sərilməsə*, ora quş düşər? Tələyə heç nə düşməsə o, yerindən atılar?   Şəhərdə şeypur çalınırsa, məgər xalq titrəmir? Şəhərdə fəlakət baş verirsə, məgər bu, Yehovadan deyil?   Külli-İxtiyar YehovaQulu peyğəmbərlərə sirrini açmamış heç nə etməz.+   Aslan nərə çəkdi!+ Kim qorxmaz? Külli-İxtiyar Yehova danışdı! Kim peyğəmbərlik etməz?”+   “Aşdodun qalalarında,Misir diyarının qalalarında car çəkib deyin: “Səməriyyə dağlarına qarşı toplaşın.+Şəhərin içindəki qarmaqarışıqlığa,Fırıldaqçılığa baxın!+ 10  Dürüstlük nədir bilmirlər,Qalalarını zorakılıqla, viranəliklə doldururlar”, — deyə bəyan edir Yehova. 11  Buna görə Külli-İxtiyar Yehova deyir:“Düşmən ölkəni mühasirəyə alacaq,+Səni taqətdən salıbQalalarını qarət edəcək”.+ 12  Yehova bəyan edir:“Çoban aslanın ağzından iki ayağı və qulağın bir tikəsini çəkib aldığı kimi,Səməriyyədə bər-bəzəkli taxtlarda,Gözəl divanlarda yayxanan İsrail xalqı da düşmən əlindən bu cür alınacaq”.+ 13  Ordular Allahı, Külli-İxtiyar Yehova bəyan edir: “Eşidin və Yaqub evini xəbərdar edin. 14  Asiliyinə* görə İsraillə haqq-hesab çəkəcəyim gün+Beyteldəki qurbangahlara+ görə də haqq-hesab soracağam;Qurbangahın buynuzları kəsilib yerə düşəcək.+ 15  Mən qış evini də, yay evini də dağıdacağam”. “Şirmayı evlər yıxılacaq,+İmarətlər* viran qalacaq”,+ — bəyan edir Yehova.

Haşiyələr

Digər variant: tora yem qoyulmasa.
Yaxud cinayətlərinə.
Digər variant: çoxlu ev.