Amus 4:1—13
4 Eşidin bu sözü,Ey Səməriyyə dağındakı+ Başan inəkləri,Ey məzluma fırıldaq gələn,+ yoxsulu əzən,Ey ərlərinə: “İçki gətir, içək!” — deyən qadınlar.
2 Külli-İxtiyar Yehova müqəddəsliyinə and içdi:“Elə günlər gəlir ki, siz ət qarmağı ilə,Qalanlarınız isə balıqçı qarmağı ilə qaldırılacaqsınız.
3 Siz divardakı dəlmə-deşikdən dalbadal çıxacaq,Harmona atılacaqsınız”, — Yehova bəyan edir.
4 “Beytelə gəlib asilik edin,+Gilqala gəlib asiliyinizi artırın!+
Səhər qurban gətirin,+Üçüncü gün ondabirləri verin.+
5 Mayalı çörəkdən şükran qurbanı+ yandırın,Könüllü təqdimələriniz barədə aləmə car çəkin!
Siz ki bunu sevirsiniz, ey İsrail xalqı”, — Külli-İxtiyar Yehova bəyan edir.
6 “Mən bütün şəhərlərinizdə sizə aclıq verdim,Evlərinizə çörək qıtlığı verdim.+Yenə də Mənə tərəf dönmədiniz”,+ — Yehova bəyan edir.
7 “Biçindən üç ay qabaq yağışınızı kəsdim,+Bir şəhərə yağış yağdırdım, o birinə yağdırmadım.
Bir tarla yağış gördü,O birisi yağış olmadığından qurudu.
8 İki-üç şəhərin camaatı su içmək+ üçün bir şəhərə getdi,Amma doyunca su içmədi.Siz yenə də Mənə tərəf dönmədiniz”+ — Yehova bəyan edir.
9 “Məhsulunuzu qızmar isti ilə, kiflə tələf etdim.+
Siz bağ və üzümlüklərinizi çoxaltdınız,Amma əncir, zeytun ağaclarınızı çəyirtkə yedi.+Yenə də Mənə tərəf dönmədiniz”,+ — Yehova bəyan edir.
10 “Mən üzərinizə Misirdəkinə bənzər azar göndərdim.+
Cavanlarınızı qılıncdan keçirtdim,+ atlarınızı apardım.+
Düşərgənizdən qalxan üfunət burnunuzu deşdi.+Yenə də Mənə tərəf dönmədiniz”, — Yehova bəyan edir.
11 “Mən torpağınızıSədum və Əmurəni dağıtdığım kimi dağıtdım.+
Ocaqdan çıxarılmış odun parçası kimi oldunuz,Yenə də Mənə tərəf dönmədiniz”,+ — Yehova bəyan edir.
12 Buna görə, ey İsrail, səninlə belə rəftar edəcəyəm.
Ey İsrail, bunları ki başına gətirəcəyəm,Allahını qarşılamağa hazır ol.
13 Bax! Dağlara quruluş verən,+ küləyi yaradan Odur.+Düşüncələrini insana açan,Sübh şəfəqini qaranlığa çevirən,+Dünyanın zirvələri üzərində yeriyən Odur.+Ordular Allahı Yehovadır Onun adı.