Amus 7:1—17

7  Külli-İxtiyar Yehova mənə bunu göstərdi: padşahın ot payı biçilib qurtarmışdı. Qış əkinlərinin boy atdığı vaxt idi. Allah bir sürü çəyirtkə göndərdi.  Çəyirtkələr ölkədə bütün yaşıllığı yeyib qurtardı. Onda mən dedim: “Ey Külli-İxtiyar Yehova, yalvarıram, bağışla.+ Yaqub necə sağ qalsın? Axı o zəifdir!”+  Yehova fikrindən daşındı.+ Yehova dedi: “Bu olmayacaq”.  Külli-İxtiyar Yehova mənə bunu göstərdi: Külli-İxtiyar Yehova xalqı ilə çəkişməyə girdi, bu çəkişmə odla həll olunacaq. Alov ümmanı və torpağın bir parçasını uddu.  Mən dedim: “Ey Külli-İxtiyar Yehova, yalvarıram, əl saxla.+ Yaqub necə sağ qalsın? Axı o zəifdir!”+  Yehova fikrindən daşındı.+ Külli-İxtiyar Yehova dedi: “Bu da olmayacaq”.  O, mənə bunu göstərdi: Yehova şaqulla tikilmiş divarın üstündə durmuşdu, əlində də şaqul var idi.  Yehova məndən soruşdu: “Amus, nə görürsən?” Dedim: “Şaqul”. Onda Yehova dedi: “Mən xalqım İsraili şaqulla yoxlayacağam. Daha onları bağışlamayacağam.+  İshaqın səcdəgahları*+ dağılacaq, İsrailin müqəddəs yerləri viran qalacaq.+ Mən Ərubam evinin üstünə qılıncla gələcəyəm”.+ 10  Beytel+ kahini Amisay İsrail padşahı Ərubama+ xəbər göndərib dedi: “Amus İsraildə+ sənə qarşı qəsd hazırlayıb. Ölkə onun sözləri ilə razılaşa bilmir.+ 11  Çünki Amus deyir: “Ərubam qılıncdan öləcək, İsrail öz torpağından sürgün ediləcək”.+ 12  Amisay Amusa dedi: “Ey görücü, buradan get, Yəhuda torpağına qaç, get çörəyini orada qazan, peyğəmbərliyini də orada elə.+ 13  İndən belə Beyteldə peyğəmbərlik etmə.+ Çünki bura padşahın ibadətgahıdır,+ səltənətin evidir”. 14  Onda Amus Amisaya dedi: “Mən nə peyğəmbər idim, nə də peyğəmbər övladı. Mən çobanlıq edirdim+ və əncir çərtirdim. 15  Yehova məni qoyun otarmaqdan ayırdı. Yehova mənə dedi: “Get, xalqım İsrailə peyğəmbər ol”.+ 16  İndi Yehovanın sözünü dinlə: “Sən deyirsən, İsrailə qarşı peyğəmbərlik etmə,+ İshaq evinə qarşı dilindən bir kəlmə də çıxmasın”.+ 17  Buna görə Yehova bəyan edir: “Sənin arvadın şəhərdə fahişəlik edəcək, oğulların, qızların qılıncdan keçiriləcək. Torpağın ölçü ipi ilə bölüşdürüləcək, sən qərib ölkədə öləcəksən, İsrail xalqı isə vətənindən sürgün ediləcək”.+

Haşiyələr

Hərfən: yüksəklikləri.