Amus 9:1—15

  • Allahdan qaçmaq mümkün deyil (1—10)

  • Davudun çardağı qaldırılacaq (11—15)

9  Yehovanı gördüm.+ Qurbangahın üzərində dayanmışdı. O, mənə dedi: “Sütunun başından elə vur ki, kandarlar titrəsin. Sütunların başını sındır. Mən sağ qalanları qılıncdan keçirəcəyəm. Heç kim qaça bilməyəcək, qaçmaq istəyənlər canını qurtara bilməyəcək.+   Yeri qazıb Məzara* ensələr də,Əlimi atıb onları oradan çıxaracağam,Göyə qalxsalar da,Oradan yerə salacağam.   Karmelin başında gizlənsələr də,Onları axtaracağam və oradan götürəcəyəm.+ Əlimdən qaçıb dənizin dibində gizlənsələr də,Orada ilana əmr edəcəyəm onları çalsın.   Düşmən onları qabağına qatıb əsir aparsa,Orada qılınca əmr edəcəyəm onları öldürsün.+Yaxşılıq yox, pislik üçün onlara göz qoyacağam.+   Çünki Külli-İxtiyar, ordular Allahı Yehova yerə toxunar,Yer əriyər,+ bütün sakinləri yas tutar,+Onların hamısı Nil suları kimi qalxar,Misirdəki Nil kimi çəkilər.+   “Göyün pillələrini yaradan,Qübbəsini yer üzərində bərqərar edən,Dəniz sularını yanına çağırıbYer üzünə tökən Odur.+Yehovadır Onun adı.+   Yehova deyir: “Ey İsrail xalqı, məgər siz Mənim üçün kuşlular kimi deyilsiniz? Məgər İsraili Misir torpağından,+Filiştliləri Kritdən+, aramiləri Girahdan+ çıxaran Mən deyiləm?”   “Budur Külli-İxtiyar Yehovanın gözləri günahkar padşahlığın üzərindədir.Onu yer üzündən silib atacaq.+ Amma yenə də Yaqub evini tamamilə məhv etməyəcəyəm”,+ — bəyan edir Yehova.   “Mən əmr veribİsrail evini bütün xalqlar arasındaXəlbirtək ələyəcəyəm,+Bir çınqıl da yerə düşməyəcək. 10  Xalqımın bütün günahkarları qılıncdan öləcək.Onlar deyirlər: “Bəla bizə yaxınlaşmaz, bizə çatmaz”. 11  Həmin gün Davudun yıxılmış çardağını qaldıracağam,+Dəlmə-deşiyini tutacağam.Viranəliklərini bərpa edibƏvvəlki halına qaytaracağam.+ 12  Belə ki, Ədumun+ sağ qalanlarınaVə adım üzərlərində olan bütün xalqlara sahib olsunlar”, — bunu edən Yehova bəyan edir. 13  Yehova deyir: “Elə günlər gəlir ki,Cütçü biçinçiyə,Üzüm tapdalayan toxum səpənə çatacaq.+Dağlardan şirin şərab damacaq,+Bütün təpələrdən axacaq.+ 14  Xalqım İsraili əsirlikdən qaytaracağam,+Onlar viran qalmış şəhərləri tikib orada yaşayacaqlar,+Üzümlüklər salıb şərabını içəcək,+Bağ-bağat salıb meyvəsini yeyəcəklər.+ 15  Onları öz torpaqlarında əkəcəyəm,Onlar pay verdiyim torpaqdan bir daha qoparılmayacaqlar”.+Bunu sizin Allahınız Yehova deyir».

Haşiyələr

İbr. şeol. Lüğətə bax.