Hizqiyal 30:1—26
30 Mənə yenə Yehovanın sözü nazil oldu:
2 «Bəni-adəm, peyğəmbərlik edib de ki, Külli-İxtiyar Yehovanın sözü budur:
“Haray çəkib: “Ay aman, o gün gəlir!” — deyin.
3 Həmin gün yaxındır. Bəli, Yehovanın günü yaxındır.+
O gün göyün üzünü qara buludlar alacaq.+ O gün xalqların mühakimə günüdür.+
4 Misirin üstünə qılınc gələcək.Misirdə camaat qırılanda, onun sərvəti talananda, təməlləri sarsılanda Həbəşi vahimə bürüyəcək.+
5 Həbəş+, Put+, Lud, digər xalqlardan olan bütün o adamlar,Kub, əhd diyarının oğulları*Qılıncdan keçiriləcək”.
6 Yehova belə deyir:
“Misirə arxa duranlar da məhv olacaqlar.Onun qürrələndiyi güc-qüvvətdən əsər-əlamət qalmayacaq”.+
“Miqdoldan+ Asvanadək+ camaat ölkədə cövlan edən qılınca qurban gedəcək, — Külli-İxtiyar Yehova bəyan edir. —
7 Oralar xarabazar yerlərin ən dəhşətlisi olacaq, şəhərləri viran qalmış bütün şəhərlərdən ən betəri olacaq.+
8 Mən Misirə od vuranda, onun müttəfiqləri məhv olanda biləcəklər ki, Mən Yehovayam.
9 Həmin gün özündənrazı Həbəşi lərzəyə salmaq üçün gəmi ilə qasidlər göndərəcəyəm. Misirin fəlakətli günündə onları vahimə bürüyəcək. Bəli, o gün mütləq gələcək”.
10 Külli-İxtiyar Yehova belə deyir: “Misir xalqını Babil hökmdarı Navuxodonosorun əli ilə yox edəcəyəm.+
11 Onunla qoşunları, xalqların ən qəddarı+ gəlib ölkəni tar-mar edəcək. Onlar qılınclarını qınından siyirib Misiri meyitlərlə dolduracaqlar.+
12 Mən Nilin+ arxlarını qupquru qurudacağam, ölkəni zalımlara satacağam. Yadellilərin əli ilə ölkəni və onun içində olan hər şeyi kor günə qoyacağam.+ Bunu Mən Yehova deyirəm”.
13 Külli-İxtiyar Yehovanın sözü budur: “İyrənc bütləri məhv edəcəyəm, Nofun*+ puç allahlarını yox edəcəyəm. Artıq Misirdən rəhbər çıxmayacaq. Mən Misiri qorxu içində yaşadacağam.+
14 Patrosu+ xaraba qoyacağam, Suanın külünü göyə sovuracağam, Nonu*+ cəzalandıracağam.
15 Misirin istehkamı olan Tihin üzərinə qəzəbimi yağdıracağam, No əhalisini qırıb-çatacağam.
16 Misiri odlayıb yandıracağam, Tihi dəhşət bürüyəcək, No zəbt olunacaq, Nof günün günorta çağı həmlələrlə üzləşəcək.
17 Onla* Fibsətin cahılları qılınca qurban gedəcək, şəhərlərin əhalisi əsir aparılacaq.
18 Təfnisdə Misirin boyunduruğunu qıranda gündüz zülmətə dönəcək.+ Qürrələndiyi gücü tükənəcək,+ başının üstünü buludlar alacaq, şəhərlərinin əhalisi sürgünə aparılacaq.+
19 Misirə çıxardığım hökmü icra edəcəyəm. Onda biləcəklər ki, Mən Yehovayam”».
20 On birinci ilin birinci ayının yeddinci günündə mənə Yehovanın sözü nazil oldu:
21 «Bəni-adəm, Mən Misir hökmdarı fironun qolunu sındırdım. Onun qolunu bağlayan olmayacaq ki, sağalsın, sarğı qoyulmayacaq ki, güclənib qılınc götürsün».
22 «Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən Misir hökmdarı firona qarşıyam.+ Onun qollarını, sağlam qolunu da, sınıq qolunu da qıracağam.+ Qılıncını əlindən salacağam.+
23 Sonra misirliləri xalqların arasına səpələyəcəyəm, pərən-pərən edib ölkələrə yayacağam.+
24 Babil padşahının+ qolunu qüvvətləndirəcəyəm, qılıncımı onun əlinə verəcəyəm.+ Fironunsa qolunu sındıracağam. O, ölüm ayağında olan adam kimi onun* qabağında acı-acı inildəyəcək.
25 Babil padşahının qoluna qüvvət verəcəyəm, fironunsa əlləri şikəst olacaq. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misirə qarşı siyirəndə biləcəklər ki, Mən Yehovayam.+
26 Misirliləri xalqların arasına səpələyəcəyəm, pərən-pərən edib ölkələrə yayacağam.+ Onda biləcəklər ki, Mən Yehovayam”».
Haşiyələr
^ Ehtimal ki, Misirlə ittifaq bağlayan israillilər nəzərdə tutulur.
^ Memfis şəhərinin ibrani adı.
^ Fiva.
^ Heliopolis.
^ Yəni Babil padşahının.