Hizqiyal 43:1—27

  • Məbəd Yehovanın calalı ilə dolur (1—12)

  • Qurbangah (13—27)

43  Sonra o, məni şərqə baxan darvazaya apardı.+  Gördüm ki, şərqdən İsrailin Allahının calalı gəlir.+ Onun səsi gur-gur axan suların səsinə bənzəyirdi,+ calalından yer üzü bərq vururdu.+  Gördüklərim mən* şəhəri məhv etməyə gələndə mənə nazil olan görüntünü xatırladırdı, Kəbər çayının yanında gördüklərimə oxşayırdı.+ Onda mən üzüstə yerə döşəndim.  Sonra Yehovanın calalı şərqə baxan darvazadan məbədə girdi.+  Ruh məni yuxarı qaldırıb içəri həyətə gətirdi. Gördüm ki, məbəd Yehovanın calalı ilə dolub.+  Sonra kimsə məbəddən mənimlə danışmağa başladı. Adam yaxınlaşıb yanımda durdu.+  Allah mənə dedi: «Ey bəni-adəm, bura taxtımı+ qurduğum, ayağımı+ qoyduğum yerdir. İsrail xalqı arasında əbədilik burada yaşayacağam.+ İsrail evi artıq nə özlərinin, nə də padşahlarının xəyanəti* ilə, ölən padşahlarının cəsədləri ilə müqəddəs adıma ləkə gətirməyəcək.+  Onlar kandarlarını evimin kandarının yanına, yan taxtalarını evimin yan taxtasının yanına qoyurlar, aramızda yalnız bir divar var.+ İyrənc əməlləri ilə müqəddəs adıma ləkə gətirdilər, Mən də qəzəblənib onları məhv etdim.+  Qoy indi öz xəyanətlərini və padşahlarının cəsədlərini Məndən uzaq etsinlər. Onda əbədiyyən onların arasında yaşayaram.+ 10  Ey bəni-adəm, İsrail əhlinə məbədi təsvir et ki,+ günahlarına görə xəcalət çəksinlər.+ Qoy məbədin layihəsini öyrənsinlər. 11  Əgər tutduqları bütün əməllərdən utansalar, onların gözü qabağında məbədin təsvirini çək, onun quruluşunu, giriş və çıxışlarını göstər.+ Onlara məbədlə bağlı bütün qanunları bildir ki, onun tam təsvirinə və qanunlarına diqqət yetirib hər şeyi olduğu kimi yerinə yetirsinlər.+ 12  Məbədlə bağlı qanun budur: dağın başındakı bütün ərazi son dərəcə müqəddəs yerdir.+ Bu, məbədlə bağlı qanundur. 13  Qurbangahın qulacla ölçüsü belədir+ (hər qulac dörd barmaq artıqdır)*: bünövrənin hündürlüyü 1 qulac, eni 1 qulac, ətrafındakı çıxıntı 1 qarışdır*. Qurbangahın bünövrəsi belədir. 14  Bünövrədən alt səkinin üstünə kimi hündürlük 2 qulac, en 1 qulacdır. Kiçik səkidən böyük səkinin üstünə kimi hündürlük 4 qulac, en 1 qulacdır. 15  Qurbangahın ocağının hündürlüyü 4 qulacdır. Qurbangahın ocaq hissəsindən yuxarıya doğru dörd buynuz çıxır.+ 16  Ocaq dördbucaqlıdır, uzunluğu və eni 12 qulacdır.+ 17  Səkinin dörd tərəfinin uzunluğu və eni 14 qulacdır, ətrafındakı çıxıntı yarım qulac, bünövrəsi hər tərəfdən 1 qulacdır. Pillələri şərqə baxır». 18  O, sonra mənə dedi ki, ey bəni-adəm, Külli-İxtiyar Yehova belə deyir: «Qurbangah tikiləndə bu göstərişlərə riayət edin ki, yandırma qurbanları təqdim etmək və qurbangahın üzərinə qan çiləmək mümkün olsun».+ 19  Külli-İxtiyar Yehova deyir: «Günah qurbanı+ kimi naxırdan bir cavan buğa götür, Sadığın nəslindən+ olub hüzurumda xidmət edən lavili kahinlərə ver. 20  Qandan bir az götürüb qurbangahın dörd buynuzuna, səkinin dörd küncünə və ətrafındakı çıxıntıya çək. Beləcə, qurbangahı pak edib, onun üçün kəffarə ver.+ 21  Sonra günah qurbanı olan cavan buğanı götür. Qoy onu məbədin təyin olunmuş yerində, müqəddəs məkandan kənarda yandırsınlar.+ 22  İkinci gün günah qurbanı olaraq sağlam təkə təqdim et. Qoy qurbangahı cavan buğa ilə pak etdikləri kimi, təkə ilə də pak etsinlər». 23  «Qurbangahı paklayıb qurtarandan sonra naxırdan sağlam bir cavan buğa və sürüdən sağlam bir qoç götürüb 24  Yehovanın önünə gətirərsən. Kahinlər onların üstünə duz+ səpib onları Yehovaya yandırma qurbanı kimi təqdim etməlidirlər. 25  Yeddi gün ərzində hər gün günah qurbanı olaraq təkə gətirərsən,+ habelə, naxırdan bir cavan buğa və sürüdən bir qoç təqdim edərsən. Heyvanlar qüsursuz olmalıdır. 26  Yeddi gün ərzində qurbangah üçün kəffarə verilməli və o pak edilməlidir. Bundan sonra qurbangahdan istifadə etmək olar. 27  Bu günlər başa çatandan sonra, səkkizinci gündən+ başlayaraq, kahinlər sizin yandırma qurbanlarınızı və ünsiyyət qurbanlarınızı qurbangahda təqdim edəcəklər. Mən də sizdən razı qalacağam»,+ — deyə bəyan edir Külli-İxtiyar Yehova.

Haşiyələr

Digər variant: o.
Yaxud zina etmələri.
Burada söhbət uzun qulacdan gedir. B14 əlavəsinə bax.
Qarış təx. 22,2 sm-ə bərabərdir. B14 əlavəsinə bax.