Hizqiyal 46:1—24

  • Qurbanlar (1—15)

  • Sərdarın qoyduğu miras (16—18)

  • Ət bişirmək üçün yerlər (19—24)

46  «Külli-İxtiyar Yehova belə deyir: “İçəri həyətin şərqə baxan darvazası+ altı iş günü ərzində+ bağlı qalmalıdır,+ amma şənbə günü və təzə ay mərasimində açıq olmalıdır.  Sərdar bayırdan, darvazanın eyvanından içəri girib darvazanın yan taxtasının yanında durmalıdır.+ Kahinlər onun yandırma qurbanını və ünsiyyət qurbanını təqdim etməlidir. O, darvazanın kandarında səcdə qılıb bayıra çıxmalıdır. Darvaza isə axşama qədər bağlanmamalıdır.  Ölkə əhalisi də şənbə günü və təzə ay mərasimində həmin darvazanın girişində Yehovanın hüzurunda əyilib səcdə qılmalıdır.+  Sərdar şənbə günü yandırma qurbanı olaraq Yehovanın önünə 6 sağlam erkək quzu və 1 sağlam qoç gətirməlidir.+  Qoç üçün 1 efa*, quzular üçün isə nə qədər verə bilirsə, o qədər taxıl təqdiməsi versin. Həmçinin hər efa taxıl təqdiməsi ilə bərabər 1 hin* yağ gətirsin.+  Təzə ay mərasimi günündə sağlam, cavan buğa, 6 erkək quzu və 1 qoç təqdim olunmalıdır. Heyvanların hamısı sağlam olmalıdır.+  Sərdar cavan buğa üçün 1 efa, qoç üçün 1 efa, quzular üçünsə nə qədər verə bilirsə, o qədər taxıl təqdiməsi versin. O, hər efa taxıl təqdiməsi ilə bərabər 1 hin yağ təqdim etməlidir.  Sərdar darvazanın eyvanından içəri girməli, eyni yolla da bayıra çıxmalıdır.+  Ölkə əhalisi bayramlar vaxtı Yehovanın hüzurunda ibadət etməyə gələndə+ şimal darvazasından girənlər+ cənub darvazasından çıxmalı,+ cənub darvazasından girənlər isə şimal darvazasından çıxmalıdırlar. Heç kim girdiyi darvazadan çıxmamalıdır, üzbəüz darvazadan çıxmalıdır. 10  Aralarında olan sərdar da onlar içəri girəndə girməli, bayıra çıxanda çıxmalıdır. 11  Bayramlarda və təntənəli mərasimlərdə cavan buğa üçün 1 efa, qoç üçün 1 efa, quzular üçünsə nə qədər verə bilirsə, o qədər taxıl təqdiməsi versin. Həmçinin hər efa taxıl təqdiməsi ilə bərabər 1 hin yağ təqdim etməlidir.+ 12  Sərdar yandırma qurbanını,+ yaxud ünsiyyət qurbanını Yehovaya könüllü təqdimə kimi verəndə şərqə baxan darvazanı onun üçün açmaq lazımdır. O, yandırma qurbanını və ünsiyyət qurbanını şənbə günündəki kimi hazırlamalıdır.+ Çıxıb gedəndən sonra darvazanı arxasınca bağlamaq lazımdır.+ 13  Hər gün Yehova üçün yandırma qurbanı olaraq 1 sağlam erkək toğlu hazırlanmalıdır.+ Bunu hər səhər etmək lazımdır. 14  Bununla yanaşı, hər səhər efanın altıda biri qədər taxıl təqdiməsi və narın una səpmək üçün hinin üçdə biri qədər yağ gətirilməlidir. Bu taxıl təqdiməsi Yehovaya daim gətirilməlidir. Bu, həmişəlik qanundur. 15  Müntəzəm olaraq yandırma qurbanı kimi hər səhər erkək quzu, taxıl təqdiməsi və yağ gətirilməlidir”. 16  Külli-İxtiyar Yehova belə deyir: “Əgər sərdar oğullarına miras versə, onda miras onlara məxsus olacaq. Bu, onların irsən aldıqları mülk olacaq. 17  Amma o, qulluqçularından birinə öz irsindən pay versə, həmin o pay azadlıq ilinədək onunku olacaq,+ sonra yenə sərdarın ixtiyarına keçəcək. Yalnız oğullara verilən miras həmişəlik onlara məxsus olacaq. 18  Sərdar camaatı zorla mülkündən çıxararaq xalqın mirasını əlindən almamalıdır. O, oğlanlarına öz mülkündən irs verməlidir ki, xalqımdan heç kim öz mülkündən didərgin düşməsin”». 19  Sonra o, məni kahinlərin müqəddəs yemək otaqlarına*, şimala baxan+ otaqlara aparan darvazanın yanındakı girişdən içəri gətirdi.+ Orada, qərb tərəfdə arxada yer var idi. 20  O, mənə dedi: «Burada kahinlər təqsir və günah qurbanını qaynadacaq, taxıl təqdiməsini bişirəcək.+ Beləcə, heç nəyi bayır həyətə çıxarıb müqəddəsliyi camaata ötürməyəcəklər».+ 21  O, məni bayır həyətə çıxardı, həyətin dörd küncündən keçirdi. Gördüm ki, bayır həyətin hər küncündə həyət var. 22  Həyətin dörd küncündə 40 qulac* uzunluğunda, 30 qulac enində kiçik həyət var idi. Dördünün də ölçüsü eyni idi. 23  Onların dördünün də ətrafında dövrələmə daş hörgü var idi. Hörgünün dibində isə qurbanları qaynatmaq üçün yerlər tikilmişdi. 24  Sonra o, mənə dedi: «Burada məbəd xidmətçiləri xalqın gətirdiyi qurbanları qaynadır».+

Haşiyələr

Yaxud müqəddəs otaqlarına.
Burada söhbət uzun qulacdan gedir. B14 əlavəsinə bax.