Saylar 30:1—16

  • Kişilərin dediyi nəzirlər (1, 2)

  • Qız-qadının dediyi nəzirlər (3—16)

30  Bundan sonra Musa İsrailin qəbilə başçılarına dedi:+ «Yehova belə bir söz buyurub:  kimsə Yehovaya nəzir+ deyər və ya and içib+ özünə nəyisə haram edərsə, sözündən dönməməlidir.+ Söz verdiyi hər şeyi yerinə yetirməlidir.+  Əgər atasının evində yaşayan cavan qız Yehovaya nəzir deyər və ya and içib özünə nəyisə haram edərsə,  atası da onun əhdlərini eşidib etiraz etməzsə, onun bütün əhdləri qüvvədə qalacaq.  Lakin atası qızın əhdlərini eşidib qadağan edərsə, onlar qüvvədən düşəcək. Yehova onu bağışlayacaq, çünki atası qadağan etmişdir.+  Əgər qız dediyi nəzirin və ya tələsik verdiyi sözün məsuliyyəti altında ikən ərə gedər,  əri də bunu eşidər və eşitdiyi gün heç bir etiraz bildirməzsə, onda onun bütün əhdləri qüvvədə qalacaq.  Lakin əri bu barədə eşitdiyi gün ona qadağan edərsə, onun dediyi nəziri və ya tələsik verdiyi sözü ləğv etmiş olur,+ Yehova da qızı bağışlayar.  Əgər dul və ya boşanmış qadın nəzir deyərsə, öhdəsinə götürdüyü bütün məsuliyyəti yerinə yetirməyə borcludur. 10  Əgər ərdə olan qadın nəzir deyər və ya and içib özünə nəyisə haram edərsə, 11  əri də bunu eşidib etiraz etməz və ya narazı olmazsa, onun bütün əhdləri qüvvədə qalacaq. 12  Lakin arvadının hər hansı əhdini eşitdiyi gün ər onu tamamilə ləğv edərsə, əhd qüvvədən düşəcək.+ Əhdi əri ləğv etdiyi üçün Yehova qadını bağışlayacaq. 13  Qadının istənilən nəzirini, yaxud nəfsini boğmaq üçün özünə nəyisə haram etmək andını əri ya təsdiq, ya da təkzib etməlidir. 14  Əgər günlər keçir və ər heç bir etiraz irəli sürmürsə, onda o, arvadının bütün əhdlərini təsdiq etmiş olur. Arvadının əhdini eşitdiyi gün etiraz bildirmədiyinə görə o, əhdi təsdiq edib. 15  Lakin eşitdikdən bir qədər sonra əhdi ləğv edərsə, onda qadının günahı onun boynuna olacaq.+ 16  Yehova ərlə arvada, ata ilə onun evində yaşayan cavan qızına dair Musaya bu qanunu verdi».

Haşiyələr