Vaiz 3:1—22

  • Hər şeyin öz vaxtı var (1—8)

  • Həyatdan həzz — Allahın bəxşişi (9—15)

    • İnsanın ürəyində əbədiyyət (11)

  • Allah ədalətlə mühakimə edir (16, 17)

  • İnsan da ölür, heyvan da (18—22)

    • Hamı torpağa qayıdır (20)

3  Hər şeyin öz vaxtı var,Səma altında hər işinöz vaxtı var:   Doğulmağın öz vaxtı, ölməyin öz vaxtı;Əkməyin öz vaxtı, əkiləni çıxartmağın öz vaxtı;   Öldürməyin öz vaxtı,şəfa verməyin öz vaxtı;Sökməyin öz vaxtı, tikməyin öz vaxtı;   Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı;Fəğan etməyin öz vaxtı, rəqs etməyin öz vaxtı;   Daş atmağın öz vaxtı, daşı bir yerə yığmağın öz vaxtı;Qucaqlamağın öz vaxtı, qucaqlamamağınöz vaxtı;   Axtarmağın öz vaxtı, itki ilə barışmağın öz vaxtı;Saxlamağın öz vaxtı, atmağın öz vaxtı;   Cırmağın öz vaxtı,+ tikməyin öz vaxtı;Susmağın öz vaxtı,+ danışmağın öz vaxtı;+   Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı;+Müharibənin öz vaxtı, sülhün öz vaxtı var.  Çəkdiyi zəhmətdən insana nə fayda?+ 10  Allahın bəşər övladlarına verdiyi məşğuliyyəti gördüm. 11  O, hər şeyi vaxtında və gözəl etdi.+ İnsanların ürəyinə əbədiyyət qoydu. Hərçənd onlar heç vaxt Allahın işini əvvəldən axıra kimi dərk etməyəcəklər. 12  Başa düşdüm ki, onlar üçün ən yaxşı şey ömür boyu sevinmək və yaxşı iş görməkdir;+ 13  həm də hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir.+ 14  Gördüm ki, Allahın etdiyi hər şey əbədilikdir. Ona nə bir şey artırmaq olar, nə də əskiltmək. Allah Özü bunu belə edib ki, insanlar Ondan qorxsun.+ 15  İndi nə olursa, artıq olub, nə olacaqsa, indiyədək olub.+ Amma Allah axtarılanı axtarır*. 16  Günəş altında bunu da gördüm: ədalətin yerində şər, salehliyin yerində pislik durur.+ 17  Ona görə ürəyimdə dedim: «Allah salehləri də, pisləri də mühakimə edəcək,+ çünki hər iş və hər hərəkət üçün bir vaxt var». 18  Mən həm də ürəyimdə dedim ki, Allah bəşər övladlarını sınayacaq və onlara göstərəcək ki, heyvandan fərqli deyillər. 19  Çünki insanın da axırı var, heyvanın da. Hər ikisinin sonu eynidir.+ Necə ki bu ölür, elə də o biri ölür. İkisi də eyni ruha malikdir.+ Beləliklə, insan heyvandan əsla üstün deyil! Çünki hər şey puçdur. 20  Hamı bir yerə gedir.+ Hamısı torpaqdan yaranıb,+ torpağa da qayıdır.+ 21  İnsanın ruhu yuxarımı qalxır, heyvanın ruhu aşağımı, yerəmi enir?+ Bunu kim deyə bilər? 22  Gördüm ki, insan üçün əməyindən zövq almaqdan yaxşı heç nə yoxdur,+ çünki bu, onun mükafatıdır. Axı ondan sonra nə olacağını kim ona göstərə bilər?+

Haşiyələr

Digər variant: Allah ötüb-keçənləri axtarır.