Vaiz 6:1—12

  • Varlı, amma ləzzətsiz həyat (1—6)

  • Xəyal dalınca qaçma (7—12)

6  Günəş altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb:  kimisinə Allah var-dövlət, mal-mülk, hörmət-izzət nəsib edir, o, heç nədən korluq çəkmir. Di gəl, Allah ona bunların ləzzətini duymaq imkanı vermir, yadın biri onun malı ilə kef edir. Bu da puçdur, ağır əzabdır.  Əgər insan yüz uşaq atası olur, uzun ömür sürüb ahıl yaşına çatır, lakin həyatdan ləzzət almayıb qəbrə gedirsə, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır.+  Çünki o uşaq boş yerə doğulur, zülmət içində itib-gedir, adı da zülmətə qərq olur.  O, nə günəşi görür, nə də bir şey bilir, amma həmin adamdan daha rahatdır.+  Adam iki dəfə min il yaşasın, lakin həyatdan ləzzət almasın, bundan nə fayda? Məgər hamı eyni yerə getmir?+  İnsan qarnı üçün əlləşib-vuruşur,+ amma heç vaxt doymur.  Hikmətlinin ağılsızdan nə üstünlüyü var?+ Yoxsul adam yaşamağın təhərini bilsə də, bunun ona nə xeyri?  Gözlə görmək xəyal dalınca düşməkdən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir. 10  Nə varsa, adı çoxdan qoyulmuşdur, insanın da xisləti məlumdur. İnsan özündən güclüsü ilə çəkişə bilməz. 11  Söz çoxluğu* puçluğu çoxaldır. Bunun insana nə faydası var? 12  Görəsən, kim bilir, kölgə kimi keçən qısa, puç həyatında insan üçün ən yaxşısı nədir?+ Kim insana deyə bilər ki, ondan sonra günəş altında nələr olacaq?

Haşiyələr

Digər variant: çoxlu şey.