Yuil 1:1—20

  • Həşərat basqını (1—14)

  • Yehovanın günü yaxındır (15—20)

    • Peyğəmbər Yehovanı çağırır (19, 20)

1  Fətuil oğlu Yuilə* Yehovanın sözü nazil oldu:   «Eşidin, ey ağsaqqallar!Ey ölkə sakinləri, qulaq asın! Sizin dövrünüzdə,Yaxud ata-babalarınızın dövründə belə bir şey olubmu?+   Bunu övladlarınıza danışın,Övladlarınız öz övladlarına,Onların övladları da qoy sonrakı nəslə danışsın.   Yeyib məhv edən çəyirtkədən qalanı çəyirtkə sürüsü yedi,+Çəyirtkə sürüsündən qalanı qanadsız çəyirtkə yedi,Qanadsız çəyirtkədən qalanı acgöz çəyirtkə yedi.+   Ayılın, ey sərxoşlar,+ acı-acı ağlayın! Ey şərab düşkünləri, nalə çəkin,Şirin şərabı ağzınızdan çəkib aldılar.+   Mənim torpağıma güclü, saysız-hesabsız bir xalq gəldi.+ Onun dişləri aslan dişi,+ çənəsi aslan çənəsidir.   O, üzüm tənəyimi zay etdi, əncir ağacımdan quru kötük qaldı,Onların qabığını soyub tulladı,Budaqları çıl-çılpaq qaldı.   Gənclik illərinin nişanlısını* itirmiş,Çul geyinmiş qız kimi şivən qopar.   Yehovanın evindən taxıl təqdiməsi,+ şərab təqdiməsi+ kəsildi.Kahinlər, Yehovanın qulluqçuları yas tutur. 10  Zəmi viran qalıb, torpaq inildəyir,+Çünki taxıl talan edilib, təzə şərab quruyub, yağ tükənib.+ 11  Əkinçilər təlaş keçirir, bağbanlar ağlayır,Sahələrdə nə buğda, nə arpa var,Məhsul yoxa çıxıb. 12  Üzüm tənəyi quruyub,Əncir ağacı solub. Nar, xurma, alma ağacları,Bütün çöl ağacları quruyub.+İnsanlar arasındakı sevinc xəcalətə dönüb. 13  Ey kahinlər, çula bürünüb yas tutun*!Ey qurbangahda xidmət edənlər,+ fəğan edin! Ey Allahımın qulluqçuları, gəlin, gecəni çul içində keçirin!Çünki Allahınızın evinə taxıl+ və şərab təqdimələri+ gətirilmir. 14  Oruc elan edin; təntənəli yığıncaq çağırın.+ Ağsaqqalları, bütün ölkə sakinlərini Allahınız Yehovanın evinə toplayın,+Yehovadan imdad diləyin. 15  Vay, o gün gəlir! Yehovanın günü yaxındır,+Qüdrət Sahibindən fəlakət kimi gəlir o gün! 16  Axı gözümüzün önündən yeməklər,Allahımızın evindən sevinc, şadlıq yox olub. 17  Kürək altındakı toxumlar* bürüşüb. Anbarlar bomboş qalıb. Taxıl anbarları dağıdılıb, çünki məhsul olmayıb. 18  Hətta mal-qara zar-zar zarıyır, Naxırlar pərən-pərən düşüb, örüş tapmırlar. Sürülər zülüm çəkir. 19  Səni, ey Yehova, Səni çağıracağam!+Çünki çöllükdəki otlaqları od qarsıdıb,Çöldəki ağacları alov yandırıb kül edib. 20  Çöl heyvanları da Səni həsrətlə gözləyir,Çünki çaylar quruyub,Çöllükdəki otlaqları od yandırıb-yaxıb».

Haşiyələr

Mənası: Yehova Allahdır.
Yaxud ərini.
Yaxud sinənizi döyün.
Digər variant: əncir qurusu.