Yuil 2:1—32

  • Yehovanın günü və böyük ordusu (1—11)

  • Yehovaya sarı dönün (12—17)

    • «Ürəyinizi cırın» (13)

  • Yehova xalqına hay verir (18—32)

    • Ruhumu tökəcəyəm (28)

    • Göydə və yerdə möcüzələr (30)

    • Yehovanın adını çağıran qurtulacaq (32)

2  «Sionda şeypur çalın!+ Müqəddəs dağımda döyüş nərəsi çəkin! Qoy bütün ölkə sakinləri tir-tir əssin,Çünki Yehovanın günü gəlir,+ çox yaxındır!   O gün qaranlıq, zülmət bir gündür!+Buludlu və zil qaranlıq bir gündür!+Sanki, dağlar dan işığının qabağını kəsib. Böyük, qüdrətli bir xalq var.+Onun kimisi heç bir zaman olmayıb,Ondan sonra da heç vaxt olmayacaq,Gələcək nəsillərdə də olmayacaq.   Önündə hər şeyi od yandırıb-yaxır,Arxasında alov məhv edir.+ Önündəki torpaq Ədən bağı kimidir,+Arxasında isə bomboş səhra.Əlindən heç bir şey qurtula bilmir.   Görkəmcə ata bənzəyir,Döyüş atları kimi qaçırlar.+   Onların səsi dağ başında sıçrayan cəng arabalarının gurultusu kimidir,+Küləşi yandıran alovun çırtıltısına oxşayır. Döyüş nizamı ilə düzülmüş qüdrətli xalq kimidir.+   Onların əlindən xalqlar əzab çəkəcək. Üzlər od tutub yanacaq.   Onlar cəngavərtək irəli atılır,Əsgərtək divara dırmaşırlar.Hər biri nizamla yeriyir,Cərgədən çıxmır.   Bir-birini itələmir,Hər kəs nizamla irəliləyir. Atılan oxlar bəzilərini yıxsa da,O biriləri sıranı pozmur.   Şəhərə girirlər, divarları aşırlar. Evlərə dırmaşırlar, oğru kimi pəncərələrdən girirlər. 10  Qabaqlarında yer titrəyir, göylər sarsılır. Günəş və ay qaralır,+Ulduzların parıltısı itir. 11  Yehova Öz ordusunun başında nərə çəkəcək,+ düşərgəsində əsgərlərin sayı-hesabı yoxdur.+ Sözünü yerinə yetirən Allah qüdrətlidir.Bəli, Yehovanın günü möhtəşəm və müdhişdir!+ Kim duruş gətirə bilər?»+ 12  Yehova bəyan edir: «Buna görə də bütün qəlbinizlə Mənə sarı dönün,+Oruc tutun,+ ağlayıb nalə çəkin. 13  Yaxanızı yox,+ ürəyinizi cırın,+Allahınız Yehovaya tərəf qayıdın,Çünki O, mərhəmətli, rəhmli, səbirlidir+, məhəbbəti boldur+,Fəlakət hökmünə görə heyifsilənər. 14  Kim bilir, bəlkə də, heyifsilənəcək+ və sizə bərəkət verəcək,Belə ki, Allahınız Yehova üçünTaxıl və şərab təqdiməsi gətirə biləsiniz. 15  Sionda şeypur çalın! Oruc elan edin, təntənəli yığıncaq çağırın!+ 16  Xalqı toplayın, yığıncağı pak edin.+ Ahılları toplayın, uşaqları və südəmər körpələri toplayın.+ Qoy bəy otağından, gəlin gərdəyindən çıxsın. 17  Qoy kahinlər,Yehovanın xidmətçiləri eyvanla qurbangah+ arasında ağlayıb desinlər: “Ey Yehova, xalqına rəhmin gəlsin,Qoyma irsin rüsvay olsun.Qoyma yad xalqlar onların üzərində ağalıq etsin. Axı nə üçün xalqlar arasında “hanı onların Allahı” deyilsin?”+ 18  Onda Yehova Öz torpağının qeyrətini çəkəcək,Xalqına rəhm edəcək.+ 19  Yehova xalqına hay verib deyəcək: “Budur, sizə taxıl, təzə şərab, yağ verirəm,Siz doyacaqsınız.+Bir daha sizi xalqlar arasında rüsvay etməyəcəyəm.+ 20  Şimallını qovub sizdən uzaqlaşdıracağam,Qupquru çöl-biyabana qovacağam.Ön cərgələrini şərq dənizinə*,Arxa cərgələrini qərb dənizinə* qovacağam. Ondan pis iy qalxacaq,Aramsız üfunət yayılacaq.+Allah möhtəşəm işlər görəcək”. 21  Qorxma, ey torpaq! Sevin, şadlan! Yehova, doğrudan da, möhtəşəm işlər görəcək. 22  Qorxmayın, ey çölün heyvanları,Düzəngahlar yamyaşıl don geyəcək,+Ağaclar bar gətirəcək,+Əncir, üzüm bol olacaq.+ 23  Ey Sion oğulları, şadlanın, sevinciniz Allahınız Yehova olsun,+Çünki O, sizə bəs qədəri payız yağışı verəcək.O, sizə əvvəllər olduğu kimi gur yağışlar,Payız və yaz yağışları göndərəcək.+ 24  Xırmanlar taxılla dolacaq,Çənlər təzə şərab və yağla dolub-daşacaq.+ 25  Üzərinizə göndərdiyim böyük qoşunumun,+İllər boyu məhsulunuzu yeyən çəyirtkə sürüsünün, qanadsız çəyirtkənin,Acgöz çəyirtkənin və məhv edən çəyirtkənin sizə vurduğu ziyanı ödəyəcəyəm. 26  Siz doyunca yeyəcəksiniz,+Sizin üçün xariqəli işlər görənAllahınız Yehovanın adını mədh edəcəksiniz.+Xalqım daha üzüqara olmayacaq.+ 27  Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam,+Mən Allahınız Yehovayam,+ başqası yoxdur! Xalqım daha üzüqara olmayacaq. 28  Bundan sonra hər cür insanın üzərinə ruhumu tökəcəyəm,+Sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək.Qocalarınız röyalar görəcəklər,Gəncləriniz vəhylər alacaq.+ 29  Hətta qullarımın və qarabaşlarımın da üzərinəHəmin günlərdə ruhumu tökəcəyəm. 30  Mən göydə və yerdə möcüzələr* göstərəcəyəm:Qan, od və tüstü burumları.+ 31  Yehovanın möhtəşəm və müdhiş günü gəlməzdən əvvəl+Günəş zülmətə, ay qana qərq olacaq.+ 32  Yehovanın adını çağıran hər kəs qurtulacaq.+Axı Yehova deyib ki, Sion dağında və Yerusəlimdə qurtulanlar olacaq,+Yehovanın çağırdığı o kəslər sağ qalacaq».

Haşiyələr

Ölü dəniz.
Aralıq dənizi.
Yaxud əlamətlər.