Müqəddəs Kitabla tanışlıq
Müqəddəs Kitab çağdaş dünyada yaşayan bizlərə ünvanlanan ilahi kəlamdır. O, bizə xoşbəxt həyat sürməyin və Allah-Taalanı razı salmağın yolunu göstərir. Bundan əlavə, Müqəddəs Kitab aşağıdakı mühüm mövzuları işıqlandırır:
17 Ailə səadəti
AYƏLƏRİ TAPMAĞA DAİR MƏLUMAT
Müqəddəs Kitab iki hissədən ibarətdir — Tövrat («Əhdi-Ətiq») və İncil («Əhdi-Cədid»). Bu iki hissəyə altmış altı nisbətən kiçik kitab daxildir. Hər kitab fəsillərə və ayələrə bölünür. Ayələrə istinad edildikdə kitabın adından sonra gələn birinci rəqəm fəsilin, sonrakı rəqəm(lər) isə ayənin(lərin) nömrəsidir. Məsələn, «Yaradılış 1:1» yazılanda Yaradılış kitabının 1-ci fəslinin 1-ci ayəsi nəzərdə tutulur.