MÖVZU 10
Allahın vəd etdiyi gözəl gələcək
«Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar».
«Bir nəsil gedir, o biri nəsil gəlir, amma Yer əbədi durur».
«Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək».
«O vaxt korların gözləri açılacaq, karların qulaqları eşidəcək. O vaxt axsaqlar maral kimi sıçrayacaq, lalların dili sevincdən cəh-cəh vuracaq. Səhrada bulaqlar qaynayacaq, düzlərdə çaylar axacaq».
«Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi».
«Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək. Xalqımın ömrü ağac ömrütək uzun olacaq, seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq».