MÖVZU 5
Müqəddəs Kitabın baş mövzusu
«Səninlə qadın arasına, sənin övladınla onun övladı arasına düşmənçilik qoyacağam. O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan».
«Yer üzünün bütün xalqları sənin övladın vasitəsilə mübarək olacaq, çünki sən Mənim sözümə qulaq asdın».
«Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin».
«Sülh mənbəyi olan Allah tezliklə Şeytanı ayaqlarınızın altında əzəcək».
«Hər şey ona tabe ediləndən sonra Oğul özü də ona hər şeyi tabe edənə tabe olacaq ki, Allah hər kəs üçün hər şey olsun».
«Vədlər İbrahimə və onun övladına verildi... Bu da Məsihdir. Əgər Məsihə məxsussunuzsa, onda, həqiqətən, İbrahimin övladısınız və vədə görə varissiniz».
«Dünya üzərində padşahlıq indi Rəbbimizə və Onun Məsihinə məxsusdur. Rəbbimiz əbədiyyət boyu padşahlıq edəcək!»
«Beləliklə, İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı».
«O, qədim ilanı, İblis və Şeytan adlanan əjdahanı tutub min illiyə buxovladı».