MÖVZU 6
Məsih haqqında öncədən deyilənlər
PEYĞƏMBƏRLİK
«Sən, ey Beytləhm Əfrat,.. İsraildə iradəmi icra edəcək rəhbər səndən çıxacaq».
GERÇƏKLƏŞMƏSİ
«İsa padşah Hirodun dövründə Yəhudiyyə Beytləhmində anadan oldu».
PEYĞƏMBƏRLİK
«Paltarımı aralarında bölüşdürürlər, libasım üçün püşk atırlar».
GERÇƏKLƏŞMƏSİ
«Əsgərlər İsanı dirəyə mıxlayandan sonra onun üst paltarlarını dörd yerə böldülər... Amma köynəyi tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. Ona görə də bir-birilərinə dedilər: “Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək”».
PEYĞƏMBƏRLİK
«Bütün sümüklərini qoruyur, heç biri sınmamışdır».
GERÇƏKLƏŞMƏSİ
«İsaya yaxınlaşanda gördülər ki, o, artıq ölüb. Buna görə də onun qıçlarını sındırmadılar».
PEYĞƏMBƏRLİK
«Asiliyimizə görə onun bədəni deşildi».
GERÇƏKLƏŞMƏSİ
«Əsgərlərdən biri nizə ilə onun böyrünü deşdi və böyründən qan ilə su axdı».
PEYĞƏMBƏRLİK
«Onlar otuz gümüş sayıb haqqımı verdilər».
GERÇƏKLƏŞMƏSİ
«Onda on iki həvaridən biri, Yəhuda İskəryut böyük kahinlərin yanına gedib dedi: “Onu sizə təslim etsəm, mənə nə verərsiniz?” Onlar Yəhudaya otuz gümüş pul boyun oldular».