Kontentə keç

Mündəricatı göstər

MÖVZU 7

Zəmanəmiz haqqında deyilənlər

«Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq... Bütün bunlar bəlaların başlanğıcıdır».

Mətta 24:7, 8

«Çoxlu yalançı peyğəmbər peyda olub bir çoxlarını aldadacaq. Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq».

Mətta 24:11, 12

«Müharibə səsləri, müharibə xəbərləri eşidəndə təşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil».

Mark 13:7

«Güclü zəlzələlər olacaq, gah burada, gah orada qıtlıqlar və xəstəliklər olacaq. İnsanlar dəhşətli mənzərələrin, göydən gələn böyük əlamətlərin şahidi olacaq».

Luka 21:11

«Bunu bil ki, axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar, Allahı yox, eyş-işrəti sevəcəklər. Onlar üzdən özlərini mömin göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər».

2 Timutiyə 3:1—5