Kontentə keç

Mündəricatı göstər

Bir ailəyik biz

Bir ailəyik biz

Yüklə

  1. 1. Çox uzaq səfərə çıxdıq,

    Çox uzun yoldan gəldik biz.

    Sanki yol boyu biz tək deyildik,

    Rəbb Özü bizimləydi.

    Allahın əlini hiss edirdik,

    Hər işdə O dəstəkdi.

    Müxtəlif millətlər, müxtəlif ölkələr

    Gəldik bir araya.

    NƏQƏRAT

    Yehovanın xalqıyıq,

    Qardaşıq, bir ailəyik biz.

    Gerçək sevgi telləriylə

    Bağlıyıq, bir ailəyik biz.

  2. 2. Xoş gəldin söyləməkçün siz

    Həyəcanla gözləyirdiz.

    Vaxt artıq çatdı, başlayır görüş,

    Səslənir yeni nəğmə.

    Bax bütün bu şeylər bir nemətdir,

    Bəxş edibdir Yehova.

    Müxtəlif millətlər, müxtəlif ölkələr

    Gəldik bir araya.

    NƏQƏRAT

    Yehovanın xalqıyıq,

    Qardaşıq, bir ailəyik biz.

    Gerçək sevgi telləriylə

    Bağlıyıq, bir ailəyik biz.

  3. 3. Yad olsa da bizə bu yer,

    Müjdəni yaydıq fərəhlə.

    Bəhrəsin gördük, bol sevinc daddıq,

    Qəlblərdə iman artdı.

    Bizləri tanıdan məhəbbətdir,

    Bu sevgi sərhədsizdir.

    Müxtəlif millətlər, müxtəlif ölkələr

    Gəldik bir araya.

    KEÇİD

    Bu dünyada

    Hara getsək də biz, var bir ailəmiz.

    Yamaykadan Maltaya,

    Fərq etməz, bir ailəyik.

    NƏQƏRAT

    Yehovanın xalqıyıq,

    Qardaşıq, bir ailəyik biz.

    Gerçək sevgi telləriylə

    Bağlıyıq, bir ailəyik biz.

    Sevgi dolu bir xalqıq,

    Qardaşıq, bir ailəyik biz.

    Hər millətdən, hər tayfadan,

    Doğmayıq, bir ailəyik biz.

    Fici, Taiti, Yeni Kaledoniya,

    Belçika, Polşa, Azərbaycan,

    Litva, İsveç, Hindistan, Argentina,

    Doğmayıq, bir ailəyik biz.