Səhvlərindən ibrət al
Yüklə:
1. Tapılmaz elə insan,
Özün səhvsiz sanan.
Kim deyə bilər:
«Heç bir səhvim yox həyatda»?!
Var hər zaman bir yol,
Yıxılsan da əmin ol,
O an uzadır sənə
Sevgi dolu əlin əziz Atan.
NƏQƏRAT
Qorxma qalx, güc topla,
İrəli addımla.
Deyilsən tək-tənha,
Bel bağla Allaha.
Tutacaq əlindən,
Qaldıracaq yenidən.
Açarsan ağ səhifə,
Öyrənsən səhvlərindən,
Düz yolda yerisən.
2. Qəlbin aman dilərsə,
Ağlında tut bunu sən,
Əlindədir gələcək,
Keçmişlə vidalaş.
Yar olar Yehova,
Çalış təslim sən olma.
Düşünmə tək qalarsan,
Böyükdür bil, Allah qəlbimizdən.
NƏQƏRAT
Qorxma qalx, güc topla,
İrəli addımla.
Deyilsən tək-tənha,
Bel bağla Allaha.
Tutacaq əlindən,
Qaldıracaq yenidən.
Açarsan ağ səhifə,
Öyrənsən səhvlərindən.
KEÇİD
Hikməti uca tutsan sən,
Səhvlərə üstün gələrsən.
Çalış sən qoyma, keçmişin
Salsın kölgə
Gələcəyə.
NƏQƏRAT
Qorxma qalx, güc topla,
İrəli addımla.
Deyilsən tək-tənha,
Bel bağla Allaha.
Tutacaq əlindən,
Qaldıracaq yenidən.
Açarsan ağ səhifə,
Öyrənsən səhvlərindən,
Düz yolda yerisən.
Düz yolda yerisən.