Xariqələrin valeh edir
Yüklə
1. Səhər sübhdən quşların cəh-cəhiylə
Gün səmadan yer üzünə nur saçır hər gün.
Yay mehi hər gülü oxşayaraq,
Xəfif bir sığal çəkir elə bil əl ilə.
NƏQARƏTƏ KEÇİD
Ey uca Xaliq, Yehova Tanrım,
Bütün bu xilqət şah əsərin. Valehəm Sənə,
Həmd söyləyir dilim adına.
NƏQARƏT
Nəğməmlə hər an Səni vəsf edim.
Nəğməmlə hər an Səni vəsf edim.
Mən vəsf edim.
2. Canlı aləm gerçək möcüzədir,
Sanki gecə gündüzə Səndən danışır hey.
Dağdan tutmuş dənizin dibinədək
Xəlq etdiyin hər şey nəğmə desin qoy:
NƏQARƏTƏ KEÇİD
Ey uca Xaliq, Yehova Tanrım,
Bütün bu xilqət şah əsərin. Valehəm Sənə,
Həmd söyləyir dilim adına.
NƏQARƏT
Nəğməmlə hər an Səni vəsf edim.
Nəğməmlə hər an Səni vəsf edim.
Mən vəsf edim.
KEÇİD:
Bax bütün bu füsunkar kainat
Daim Yaradan barədə bizə bilik verir.
NƏQARƏTƏ KEÇİD
Ey uca Xaliq, Yehova Tanrım,
Bütün bu xilqət şah əsərin. Valehəm Sənə,
Həmd söyləyir dilim adına.
NƏQARƏT
Nəğməmlə hər an Səni vəsf edim.
Nəğməmlə hər an Səni vəsf edim.
Nəğməmlə hər an Səni-i vəsf edim.
Nəğməmlə hər an Səni-i vəsf edim.
Nəğməmlə hər an Səni-i vəsf edim.
Mən vəsf edim.