NƏĞMƏ 122
Mətin qalın, sarsılmaz olun!
-
1. Bu gün təlaş içindədir xalqlar,
Çox qorxudur onları savaşlar.
Bizsə möhkəm, dözümlü gəl olaq,
Tək Allaha tapınaq.
NƏQARƏT
Gərək mətin biz olaq,
Hər şər işdən gen duraq.
Biz sonadək dözüb
Əsil həyat alaq.
-
2. Çoxdur mənfur Şeytanın hiyləsi,
Pak düşüncə öldürər pis nəfsi.
Sidq-ürəkdən düzlüyü biz sevsək,
Rəbb güc-qüvvət verəcək.
NƏQARƏT
Gərək mətin biz olaq,
Hər şər işdən gen duraq.
Biz sonadək dözüb
Əsil həyat alaq.
-
3. Şövqlə Rəbbə eyləyirik xidmət,
Vəz işində göstəririk qeyrət.
Saf qəlblərə yol tapsın xoş xəbər.
Pis zəmanə tez bitər.
NƏQARƏT
Gərək mətin biz olaq,
Hər şər işdən gen duraq.
Biz sonadək dözüb
Əsil həyat alaq.
(Həmçinin baxın: Luka 21:9; 1 But. 4:7.)