NƏĞMƏ 128
Axıra kimi dözək
-
1. Bütün vədələri Rəbbin
Ümid verir bizə.
Sevib öyrəndiyin Kəlam
Təsir edir ürəyə.
Olsun qoy imanın möhkəm,
Sarsılmaz qal əzmində.
Tərk etmə bu kamil yolu,
Haqdan dönmə nəbadə.
-
2. Qoy heç zaman soyumasın
Qəlbdə ilk məhəbbət.
Təqib olsa da, sən qatlaş,
Bitər tezliklə zülmət.
Sən əsla etmə şəkk-şübhə,
Nə olsa da sınağın,
Yehova himayə edər.
Allahdır tək dayağın.
-
3. Sona kimi dözən kəsi
Allah xilas edər.
Həyat kitabında adın
Lütfüylə həkk eyləyər.
Sən daima dözüm göstər,
Hər işdə ol qüsursuz.
Rəbb göstərər sənə rəğbət,
Olar sevincin sonsuz.
(Həmçinin baxın: İbr. 6:19; Yaq. 1:4; 2 But. 3:12; Vəhy 2:4.)