NƏĞMƏ 133
Gənc çağında Yehovaya ibadət et
-
1. Gənc çağında Xaliqi xatırla,
Odur Dostun, sən Ona bel bağla.
O, qayğını çəkəcəkdir sənin,
Bol bərəkətlə dolar həyatın.
-
2. Biz minnətdarıq ata-anaya,
Daim verirlər bizə tərbiyə.
Gəl saxlayaq onların hörmətin,
Şad eyləyək qəlbini Allahın.
-
3. Ey dəyərli oğlanlar və qızlar,
Rəbb imanlı gəncləri bəyənər.
Cani-dildən gəl xidmət eyləyək,
Şövqlə Yehovaya həmd ucaldaq.
(Həmçinin baxın: Zəb. 71:17; Mərs. 3:27; Efes. 6:1—3.)