Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 137

Mömin qadınlar — məsihi bacılar

Mömin qadınlar — məsihi bacılar

(Romalılara 16:2)

  1. 1. Sara, Əstər, Məryəm, Hənnə və Ruttək

    Bir çox qadın qoçaq və sadiq olmuş,

    Daim Rəbbə layiq bir ömür sürmüş,

    Adları qeyd olunmuşdur Kəlamda.

    Eləsi var, bilmirik adın biz,

    Amma Rəbb razıydı həmin qadınlardan.

  2. 2. Mərd ürəkli, lütfkar, comərd olmuşlar,

    Budur qadın üçün ən gözəl bəzək.

    Qoy olsunlar bizə hər işdə örnək,

    Geyinək həlim ruhun libasını.

    O qadın ki, pak həyat sürərsə,

    Mütləq dadacaqdır gözəl bəhrəsini.

  3. 3. Ey analar, qızlar və gəlinlər, siz

    Şövqlə edirsiniz Rəbb üçün xidmət,

    O göstərər sizə lütf və kəramət.

    Həm sadədir, həm gözəldir qəlbiniz.

    Bacılar, siz bilin ki, Yehova

    Çox qədirbiləndir, itməz zəhmətiniz.