Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 158

«Gecikməyəcək!»

«Gecikməyəcək!»

(Həbquq 2:3)

  1. 1. Bu sonsuz aləm

    Əsl şah əsər,

    Yehova, Sənin

    Səbrin əks etdirər.

    Vaxt yetişəcək,

    Səbir edirsən Sən,

    Zülmət dünyanı

    Bəzərsən yenidən.

    NƏQƏRAT

    Səbir ver, Ya Xuda,

    Qalıbdır bir azca

    O işıqlı sabaha.

    Yoxdur elə gecə,

    Açılmasın səhər.

    Əsl Cənnət də bil ki,

    «Gecikməyəcək!»

  2. 2. Hər kəs qovuşar

    Öz doğmasına,

    Səsinlə, Rəbbim,

    Dönərlər həyata.

    Bu həsrət bitər,

    Güc ver bizlərə

    Sənintək, Ata,

    Təmkinlə gözləyək.

    NƏQƏRAT

    Səbir ver, Ya Xuda,

    Qalıbdır bir azca

    O işıqlı sabaha.

    Yoxdur elə gecə,

    Açılmasın səhər.

    Əsl Cənnət də bil ki,

    «Gecikməyəcək!»

  3. 3. Saf qəlbli insan

    Axtarırsan Sən,

    Sonsuz bir ümid

    Olur ona məlhəm.

    Sənlə çalışmaq

    Xoşdur bizlərə,

    Sevgin güc verir

    Yorğun ürəklərə.

    NƏQƏRAT

    Səbir ver, Ya Xuda,

    Qalıbdır bir azca

    O işıqlı sabaha.

    Yoxdur elə gecə,

    Açılmasın səhər.

    Əsl Cənnət də bil ki,

    «Gecikməyəcək!»

    Güc ver, Ata, gözləyək!

(Həmçinin baxın: Kol. 1:11.)