Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 29

Daşıdığımız ada layiq yaşayaq

Daşıdığımız ada layiq yaşayaq

(Əşiya 43:10—12)

  1. 1. Sən güc, qüdrət sahibisən, Yehova,

    Ya Rəbb, adilsən, sonsuzdur sevgin.

    Haqdır yolun, həqiqət mənbəyisən,

    Sənsən uca Xaliqi xilqətin.

    Biz daşıyırıq adın iftixarla,

    Haqq yolunu hər kəsə göstərək.

    NƏQARƏT

    Biz şahidinik Sənin, ey Yehova.

    Bu şərəfə biz layiq yaşayaq.

  2. 2. Sülh, məhəbbət içində yaşayırıq,

    Cəm eyləyib ibadət bizləri.

    Xoş müjdəni dünyaya biz yayırıq,

    Bu iş bizə çox böyük zövq verir.

    Ya Rəbb Yehova, adın nə gözəldir,

    Daim onu vəsf edək, ucaldaq.

    NƏQARƏT

    Biz şahidinik Sənin, ey Yehova.

    Bu şərəfə biz layiq yaşayaq.