NƏĞMƏ 31
Rəbbin yoluyla daim get
(Mikə 6:8)
-
1. Rəbbin yoluyla hər vaxt get,
Onu sev, qal vəfalı.
Yehovaya daim sən yaxınlaş,
Ona qəlbdən bağlı qal.
Yapış Rəbbin Sözündən möhkəm,
Heç sapma düz yoldan.
Yehova hifz eylər səni,
Əmrinə qulaq assan.
-
2. Rəbbin yoluyla daim get,
Düşün hey pak şeyləri.
Səni sınağa çəksə də dünya,
Yehova köməyindir.
Doğru, saleh, şərəfli, təmiz,
Nə varsa, hey düşün.
Qoy sapmasın fikrin sənin,
Rəbb verər sənə dözüm.
-
3. Rəbbin yoluyla daim get,
Dostun olsun O, sənin.
Tökür başından çoxlu nemətlər,
Rəbbə şükran bildir sən.
Mömin ömür yaşasan əgər,
Dinclik tapar qəlbin.
Agah olar bütün dostlar,
Tək Allahdır pənahın.
(Həmçinin baxın: Yar. 5:24; 6:9; Filip. 4:8; 1 Tim. 6:6—8.)