Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 5

Allahın ecazkar işləri

Allahın ecazkar işləri

(Zəbur 139)

  1. 1. Rəbbim, mənə yaxşı bələdsən,

    Hər addımım, yolum Sənə agah.

    Mənim gizli, məhrəm fikirlərim də

    Sənə məlumdur,

    Xaliqimsən, ey Allah.

    Gizli yerdə xəlq edilsəm də,

    Hər zərrəmi görmüşdür gözlərin.

    Kitabında onlar qeyd edilmişdir,

    Bir möcüzədir, ey İlahi, hər işin.

    Nə heyrətli, gözəl yaradılmışam,

    Bunu yaxşı bilir qəlbim mənim.

    Qatı zülmət çöksə belə, qorxmaram,

    Orda tapar məni ruhun Sənin.

    De varmı, o cür yer, Yehova,

    Qaça bilsin ora insan Səndən?

    Çox axtarsam, hara getsəm də yoxdur,

    Nə məzarda, nə göylərdə elə məkan.

(Həmçinin baxın: Zəb. 66:3; 94:19; Ərm. 17:10.)